PDF Oxu

Siyasət

  • 581

Ağ Ev hələ ki, Tehrana qarşı nüvə silahı tətbiq etməyi düşünmür - FOTO

image

Yaxın Şərqdə baş verən müharibə fonunda çoxlarını bir sual düşündürür: ABŞ və ya İsrail Tehrana qarşı nüvə silahından istifadə edə bilərmi? Xarici media bu suala cavab tapmaq üçün ABŞ prezidenti D. Tampa müraciət edib. Donald Tramp Tehran rejiminə qarşı hələ ki, nüvə silahından istifadə etməyi düşünmədiyini bildirib. Hətta bu yöndə sualı “cəfəngiyat” adlandırıb. Qeyd edib ki, ABŞ-ın zərbələri nəticəsində Tehranın hərbi imkanları ciddi şəkildə zəifləyib.

Donald Tramp Ağ Evdə Yaxın Şərq böhranı ilə bağlı keçirilən mətbuat konfransında onu da bildirib ki, əgər nüvə silahlarını ənənəvi müharibə vasitələri ilə istifadə etmədən Tehranı tamamilə məhv etmişiksə, niyə istifadə etməliyəm? Heç kimin nüvə silahından istifadə etməsinə icazə verilmir.

Qeyd edə ki, Tehrana qarşı hərbi əməliyyatlar zamanı Tramp İran hakimiyyətinə qarşı kəskin təhdidlər səsləndirib. O, bəzi analitiklərin kütləvi qırğın silahlarının mümkün istifadəsinə istinad kimi şərh etdiyi “bütöv bir sivilizasiyanın məhv edilməsi” təhlükəsindən danışıb. Xüsusilə, Tramp ölkədəki əsas infrastrukturu, o cümlədən elektrik stansiyalarını və körpüləri məhv etməyə hazır olduğunu bildirib.

Hazırda ABŞ və İranın sülh danışıqlarına qayıtmağa hazır olub-olmadığı məlum deyil. Bu həftə Pakistanda keçirilməsi planlaşdırılan görüş baş tutmadı. İran tərəfi ABŞ tərəfindən Hörmüz boğazının bağlanmasının davam etməsini əsas gətirərək iştirakdan imtina etdi.

Daha əvvəl Donald Tramp həftənin sonuna qədər danışıqlarla bağlı "xoş xəbər" ehtimalının olduğunu bildirmişdi, lakin hələlik yeni detallar təqdim edilməyib.

Çərşənbə axşamı o, həmçinin İranla atəşkəs rejiminin qeyri-müəyyən müddətə uzadıldığını açıqladı və Tehrandan konkret təklif gözlənildiyini vurğuladı. İran bunu hiyləgərlik hesab etdi.

İlham

Digər xəbərlər