Almaniya Sosial Demokrat Partiyası enerji qiymətlərinin sürətlə artması səbəbindən ölkədəki enerji şirkətlərinin artıq mənfəətinə vergi tətbiq edilməsinin vacibliyində israr etməyə davam edir. Sosial Demokrat Partiyasının maliyyədən məsul lideri Vibke Esdar bildirib ki, şirkətlər böhranlardan əhalinin əksəriyyətinin hesabına varlanmaq üçün istifadə etməməlidirlər... Biz milli səviyyədə tədbirləri nəzərdən keçirməliyik,
Ölkənin Maliyyə naziri Lars Klingbeil enerji şirkətlərinin artıq mənfəətinə vergidən əldə edilən vəsaiti 17 avroluq yanacaq endirimini maliyyələşdirmək üçün istifadə etmək istəyir.
SPD lideri əvvəlcə XDİ-nin lideri, kansler Fridrix Merz ilə verginin yalnız AB tədbiri kimi təsdiqlənəcəyi təqdirdə tətbiq olunacağı barədə bir razılığa gəldi. Lakin bir qrup ölkənin dəstəyinə baxmayaraq, hazırda Avropa Birliyi daxilində belə bir qərar üçün konsensusun tapılması ehtimalı azdır.
Bu arada, Merz və İqtisadiyyat naziri Ketrin Reyx buna qarşı çıxırlar. Reyx, digər məsələlərlə yanaşı, belə bir addımın konstitusiyaya uyğunluğunu şübhə altına alır.Bir neçə həftədir ki, Almaniyanın hakim koalisiyası istehlakçıların üzərindəki yüksək yanacaq qiymətlərinin yükünü necə azaltmaq barədə mübahisələr aparır.
İlham