“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman yarışları çərçivəsində oğlanlar arasında voleybol turnirinə yekun vurulub.
24.04.2026-cı il tarixində 2 nömrəli Bakı Baza Tibb Kollecində baş tutan oğlanlar arasında voleybol turnirinin final oyunları və mükafatlandırma mərasimində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva, kollecin idman klubunun rəhbərliyi və yarış iştirakçıları iştirak edib.
Oğlanlar arasında voleybol yarışının final mərhələsi də yüksək rəqabət şəraitində keçib.
Mükafatlandırma mərasimdən öncə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov yarış iştirakçılarını salamlayaraq ölkəmizin idman uğurlarından bəhs edib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə idman yarışlarının keçirilməsi onun gəncliyə və idmana verdiyi böyük dəyərin təcəssümüdür. Bu yarışlar Ulu Öndərin ideyalarının yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. İdman yarışları gənclərdə sağlam həyat tərzinə marağı artırır və cəmiyyətin rifahına töhfə verir. Bu yarışlar həm də vətənpərvərlik ruhunun aşılanmasında mühüm vasitəyə çevrilir. Bildirilib ki, bu gün ölkəmizdə həyata keçirilən idman yarışları Ulu Öndər Heydər Əliyevin gənclərlə bağlı siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurlu davam etdirildiyini bir daha göstərir. Həmçinin, bu yarışlar istedadlı gənclərin üzə çıxmasına və dəstəklənməsinə imkan yaradır. Çıxışların sonunda qalib komandalar təbrik edilib.
Yarışın sonunda qalib komandanların üzvlərinə müvafiq olaraq diplom və medallar təqdim olunub və xatirə şəkilləri çəkdirilib.