"May ayında keçiriləcək şəhərsalma tədbiri Azərbaycanın son illərdə formalaşdırdığı inkişafın təqdimatıdır. Ölkəmizin yüksək mərhələyə çatdığını göstərən sözügedən tədbir Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi edən, etimad qazanmış tərəfdaş olduğunu önə çəkir. Sabitlik, təhlükəsizlik və müasir infrastruktur Azərbaycanın üstünlüyüdür". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı deyib.Onun sözlərinə görə, bütün bu amillər Azərbaycanın qlobal platformalarda sözünü deməsinə şərait yaradır: "Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərsalma və infrastruktur sahəsində həyata keçirilən siyasət Azərbaycanın inkişaf modelinin əsas sütunlarındandır. Dövlət rəhbərimizin başçılığı ilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, müasir şəhərsalma prinsiplərinin tətbiqi, “ağıllı şəhər”, “yaşıl enerji” konsepsiyalarının reallaşdırılması ölkəmizin gələcəyə hesablanmış strateji baxışını əks etdirir. Adı çəkilən yanaşma Azərbaycanın regionda və beynəlxalq müstəvidə dayanıqlı inkişaf modeli təqdim edən dövlət olaraq mövqeyini daha da möhkəmləndirir.Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr bərpa nümunəsidir. Bu Azərbaycanın gələcəyə yönəlik dövlət olduğunu göstərir.Belə tədbirlər eyni zamanda yeni tərəfdaşlıqlar üçün qapılar açır. Bu cür tədbirlərdə aparılan müzakirələr, qurulan əlaqələr gələcəyin iqtisadi layihələrinə çevrilir. Azərbaycan gündəmi müəyyən edən ölkədir. Bütün bunlar düşünülmüş siyasətin və ardıcıl fəaliyyətin nəticəsidir. Ölkəmizin əldə etdiyi nəaliyyətlər Azərbaycanın regionda və beynəlxalq aləmdə artan rolunun məntiqi davamıdır".
Müəllif: Günel Fərzəliyeva