PDF Oxu

Siyasət

  • 552

Qobustanda "Heydər Əliyev və Yeni Azərbaycan" mövzusunda tədbir keçirilib - FOTOLAR

image

"Şəhərsalma və Memarlıq ili" çərçivəsində, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində YAP Qobustan rayon təşkilatının "Elyar Vəliyev 24" (İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi Qobustan Korpusu) ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyev irsinin təbliği və təşviqi məqsədilə "Heydər Əliyev və Yeni Azərbaycan" adlı tədbir keçirilmişdir.Əvvəlcə Dövlət Himni səsləndirilmiş, ardınca Partiyamızın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş “ Heydər Əliyev və Yeni Azərbaycan” adlı filmə baxılmışdır.Sonra rayon təşkilatının sədri Qasım Qasımov mövzu ilə bağlı geniş nitq söyləmişdir.Mövzu ətrafında müzakirələrdə ərazi partiya təşkilatının sədri Elvin Balakişiyev və sədr müavini Mirzə Mirzaliyev çıxış etmişlər.

Daha sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilmişdir.Tədbir Yeni Azərbaycan Partiyası Himninin sədaları altında başa çatmışdır.Sonda Korpusun ərazisinə infotur baş tutmuşdur.

Digər xəbərlər