PDF Oxu

Siyasət

  • 1 232

“Bu, uzaq Baltikyanı ölkənin Azərbaycanla münasibətlərə nə qədər önəm verdiyini göstərir” - ŞƏRH

image

“Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər. Bu, Azərbaycanın uzaq Baltikyanı ölkə ilə əlaqələri, ölkənin Azərbaycanla münasibətlərə nə qədər önəm verdiyini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun olaraq beynəlxalq birlikdə fəaliyyəti, digər dövlətlərlə yaxşı münasibətlər qurmaq xətti, o cümlədən Latviya ilə münasibətlərdə də öz təsdiqini tapır:“Biz ümumi siyasi maraqları axtarırıq, milli maraqlarımızı daha çox uyğunlaşdırmağa çalışırıq. Latviya Dövlət Başçısının iştirakı ilə Azərbaycanda biznes forumunun keçirilməsi onu göstərir ki, iqtisadi sahədə əməkdaşlığımız üçün kifayət qədər böyük perspektivlər var və bu münasibətlər daha da genişlənəcək. Digər dövlətlər də Azərbaycanla yaxşı münasibətlər qurmağı özləri üçün əsas prioritetlərdən biri kimi qəbul edəcəklər”.

Müəllif: Arzu Qurbanlı

Digər xəbərlər