PDF Oxu

Siyasət

  • 508

Əlaqələr dostluq və qarşılıqlı hörmət prinsiplərinə söykənir - ŞƏRH

image

Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır — bu fikir İlham Əliyev tərəfindən Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş zamanı xüsusi vurğulanmışdır. Həmin görüşdə səsləndirilən əsas məqamlar Azərbaycan ilə Ukrayna arasında münasibətlərin yalnız bugünkü maraqlara deyil, həm də uzunmüddətli strateji tərəfdaşlığa əsaslandığını açıq şəkildə göstərir.

Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, iki ölkə arasında münasibətlər tarixən dostluq və qarşılıqlı hörmət prinsiplərinə söykənir. Bu əlaqələrin əsasında duran siyasi dialoq illər ərzində davamlı şəkildə inkişaf etmiş, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə şərait yaratmışdır. Dövlət başçısı vurğulamışdır ki, Azərbaycan və Ukrayna beynəlxalq hüququn norma və prinsiplərinə sadiq ölkələr kimi bir-birinin suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyir.

Görüş zamanı Prezident İlham Əliyev xüsusilə qeyd etmişdir ki, siyasi münasibətlərin yüksək səviyyədə olması iqtisadi və humanitar sahələrdə də əməkdaşlığın dərinləşməsinə təkan verir. O bildirmişdir ki, enerji, nəqliyyat, ticarət və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur və bu istiqamətdə işlər davam etdirilməlidir. Prezident həmçinin Azərbaycanın regionda həyata keçirdiyi iri layihələrin Ukrayna üçün də əlavə imkanlar yaratdığını diqqətə çatdırmışdır.

Cənab Prezident çıxışında onu da qeyd etmişdir ki, müasir dövrdə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər fonunda ölkələr arasında etibarlı tərəfdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan-Ukrayna münasibətləri nümunəvi xarakter daşıyır və gələcəkdə daha da möhkəmlənəcəkdir. O, siyasi dialoqun davamlılığının vacibliyini vurğulayaraq qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin əlaqələrin inkişafında mühüm rol oynadığını bildirmişdir.

Prezident İlham Əliyev həmçinin humanitar sahədə əməkdaşlığa toxunaraq qeyd etmişdir ki, xalqlar arasında əlaqələrin gücləndirilməsi dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirilən layihələr bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Cahandur Məhərrəmov.

YAP Şərur rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər