25 aprel 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ukrayna Prezidenti Volodimir Zelenski Qəbələdə görüşürlər.Bildirməliyik ki, Azərbaycan Respublikası və Ukrayna arasında İqtisadi Əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiya ilk dəfə 17 iyul 1993-cü ildə yaradılmışdır. Azərbaycan-Ukrayna Parlamentlərarası əlaqələr üzrə İşçi Qrup isə ilk dəfə 1995-ci ildə yaradılmışdır. Daha sonra müxtəlif illərdə iki ölkə arasında sazişlər imzalanmış, bir çox layihələr həyata keçirilmişdir.
Onu da qeyd etmək lazımdır ki, son dörd ildə iki ölkə arasında ümumilikdə yeddi görüş baş tutub. Sonuncu görüş 14 fevral 2026-cı ildə Münxendə olmuşdur ki, həmin görüş zamanı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətləri, o cümlədən enerji sahəsinin genişləndirilməsi ilə əlaqədar məsələlər geniş şəkildə müzakirə edilmişdi. Bundan başqa Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyə görə də öz minnətdarlığını həmin görüş zamanı ifadə etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukraynanın Prezidenti Volodimir Zelenskinin bu dəfəki görüşü isə Qəbələ rayonunda baş tutdu. Ölkə Başçısı İlham Əliyev Volodmir Zelenskini səmimi qarşılayaraq, son dörd il ərzində iki ölkə arasında baş tutan görüşlər haqqında fikrini bildirdi.
Prezident İlham Əliyev qeyd etdi ki, Volodimir Zelenski ilk dəfə 2019-cu ildə Azərbaycana rəsmi səfərə gəlib. Daha sonra 2022-ci ildə isə Cənab Prezident İlham Əliyevin Kiyevə rəsmi səfəri olub. Prezident İlham Əliyev qeyd etdi ki, Volodimir Zelenski ilə apardığı fikir mübadiləsi Ukrayna-Azərbaycan əlaqələrinin daha da yüksəlməsinə zəmin yaradıb.
Görüş zamanı qeyd edildi ki, 2008-ci ildə Kiyevdə, 2011-ci ildə isə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb. Həmin sənədlər iki ölkə arasındakı qarşılıqlı ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı kimi məsələləri özündə əks etdirib. Bundan başqa Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlarda qarşılıqlı şəkildə öz ölkələrinin suverenliyini və ərazini bütövlüyünü dəstəkləyirlər.
Prezident İlham Əliyev çıxışı zamanı qeyd etdi ki: “müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa, xüsusi energetika sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Burada həm əldə edilmiş nailiyyətlər var, SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir”.
Çıxış zamanı Prezident İlham Əliyev ticarət məsələlərinə də toxunaraq, bu sahədə də əlaqələrin genişləndiriləcəyini vurğulayraq qeyd etdi ki, “bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb”. Ancaq buna baxmayaraq bu əlaqələrin daha da inkişaf etdiriləcəyinə böyük imkanlar var və bu imkanlar nəzərdən keçiriləcək.
Görüş zamanı hərbi-texniki əməkdaşlıq məsələləri də müzakirə edildi, Azərbaycan və Ukraynada hərbi sənaye kompleksinin inkişaf etdiyi bildirildi. Prezident İlham Əliyev son dörd il ərzindəki görüşləri bir daha yada salaraq, bütün bunların iki ölkə arasındakı əlaqələrə müsbət təsirindən bəhs etdi.
Daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski bəyanatla çıxış etdi. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz səmimi təşəkkürünü çatdıraraq, nümayəndə heyətinə göstərilən diqqətə görə minnətdarlığını çatdırdı.
Volodimir Zelenski də son illər iki ölkə arasındakı görüşlərdən bəhs edərək qeyd etdi ki, “bizim müxtəlif beynəlxalq platformalarda görüşlərimiz olub. Ötən il görüşlərimizdə qeyd etmişik ki, biz hər zaman bir-birimizi dəstəkləmişik. Mən qeyd etmişəm ki, biz Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini hər zaman dəstəkləmişik, eyni zamanda, biz Ukraynana eyni münasibəti görmüşük”.
Söhbət zamanı Volodimir Zelenski onu da qeyd etdi ki, müharibə başladıqdan sonra onun Azərbaycana ilk səfəri bu gün baş tutur və buna görə o, Prezident İlham Əliyevə öz təşəkkürünü bildirdi.
Bildirməliyik ki bu görüş zamanı 6 sənəd imzalanıb. Prezident Volodimir Zelenski qeyd etdi ki, həmin sənədlərlə bağlı fikir mübadiləsinin aparılacağını, müdafiə sənayesi sahəsində Ukraynanın müharibə şəraitindən irəli gələrək öz müqavimət gücünü göstərəcəyini bildirdi.
Prezident Volodimir Zelenksi Azərbaycandan 11 yardım paketini aldığını bildirərək, Ölkə Başçısı İlham Əliyevə bir daha öz təşəkkürünü bildirdi. Bundan başqa o, Azərbaycan Prezidentinə uşaqlara göstərdiyi köməkliyə görə də minnətdarlıq etdi. O, bildirdi ki, hazırda beş yüzdən artıq ukraynalı uşaq burdadır və onlara humanitar dəstək göstərilir.
Volodimir Zelenksi müdafiə sənayesi məsələsinə də toxunaraq, həmin sahədə iki ölkənin dərin əməkdaşlıq qura bilməsindən söhbət salaraq, silahların istehsalının xalqlarımız üçün sabitlik gətirəcəyini bildirdi.
Prezident Volodimir Zelenski söhbətin sonunda Cənab Prezident İlham Əliyevə öz minnətdarlığını bildirdi. Görüşün sonunda Azərbaycan və Ukrayna prezidentlərinin qısa söhbəti oldu.
Pərvanə Talıbova
YAP Yasamal rayon təşkilatının fəalı, Azərbaycan Milli Konservatoriyası nəzdində incəsənət gimnaziyasının müəllimi