PDF Oxu

Siyasət

  • 385

"Münaqişədən sülhə keçid mərhələsi sürətlənir" - POLİTOLOQ DANIŞDI

image

"Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sülh gündəliyi və dialoqun təşviqi istiqamətində səylərinə görə “Sülh və Barışıq üçün Gernika” mükafatına layiq görülüb. Mükafatın adı İspaniyanın Bask bölgəsində yerləşən Gernika şəhəri ilə bağlıdır. 1937-ci ildə İspaniya Vətəndaş Müharibəsi zamanı şəhərin bombalanması dünya tarixində mülki əhaliyə qarşı törədilən ən sarsıdıcı hücumlardan biri kimi yadda qalıb və sonradan sülh, barışıq və müharibəyə qarşı qlobal simvola çevrilib".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: "Elə bu tarixi yaddaş üzərində formalaşan mükafat da daha çox barışıq proseslərinə, münaqişələrin diplomatik həllinə və uzunmüddətli sülh təşəbbüslərinə töhfə verən liderlərə və qurumlara təqdim olunur.

Ölkə başçısı mübaliğəsiz hazırda bu kriteriyalara tam uyğundur. Məsələ ondadır ki, ölkə başçısı münaqişənin hərbi mərhələsinin başa çatmasından sonra regionda yeni reallığın formalaşdırıldığını elan etdi. Halbuki bir çoxları onun müharibəni davam etdirəcəyini, hətta Ermənistan ərazilərinə daşıyacağını düşünürdü. Onu da deyim ki, həmin dövrün siyasi reallıqlarına baxdıqda bunu etmək üçün həm hərbi, həm də siyasi əsaslar var idi.

O isə tam əksini etdi, Ermənistanla danışıqlar davam etdi. Əvvəl vasitəli, daha sonra isə vasitəsiz danışıqlarla bir çox məsələdə tərəflər ortaq məxrəcə gəlməyi bacardı. Ermənistan-Azərbaycan sülh danışıqlarının ən spesifik tərəfi qalib tərəf olmasına baxmayaraq Bakının bu ədada çıxış edərək imkansız şərtlər diqtə etməməsidir. Danışıqlar sülh gündəliyinə uyğun, konstruktiv və qarşılıqlı kompromislər əsasında aparılır. Bunun nəticəsi kimi tərəflər Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinin paraflanmasına nail oldu.

Bu gün təkcə Ermənistan-Azərbaycan sülh danışıqlarının şahidi olmuruq. Həmçinin “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə dəyirmi masalar təşkil edilir. Bütün bu prosesin koordinasiyası isə heç şübhəsiz İlham Əliyev tərəfindən həyata keçirilir.

Prezdent müharibənin dəhşətini, fəsadlarını, ən önəmlisi xalqlar arasında ədavətin dərinləşməsinin ancaq regiondankənar qüvvələrin maraqlarına xidmət etdiyini dərk edir. Buna görə də sülh danışıqlarında kənar müdaxiləyə icazə vermir, konstruktiv mövqeyi ilə seçilir. Bu mövqe “Gernika mükafatı” fəlsəfəsi və məqsədinə tam xidmət edir".

Digər xəbərlər