PDF Oxu

Siyasət

  • 512

Regionda sabitlik və əməkdaşlıq -ŞƏRH

image

Azərbaycan Respublikası ilə Ukrayna arasında əməkdaşlıq uzun illərə söykənən, qarşılıqlı hörmət və etimada əsaslanan möhkəm siyasi təmələ malikdir. Hər iki dövlət müstəqilliklərini bərpa etdikdən sonra beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə xüsusi önəm vermiş, bu dəyərləri ikitərəfli münasibətlərinin əsas istiqaməti kimi qəbul etmişdir. Bu baxımdan Azərbaycan-Ukrayna əlaqələri yalnız iqtisadi və humanitar sahələrlə məhdudlaşmır, eyni zamanda güclü siyasi tərəfdaşlıq üzərində qurulmuşdur. İkitərəfli əməkdaşlıq əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayan amillərdən biri qarşılıqlı səfərlərin dinamikliyidir. Azərbaycanın xarici siyasətində ikitərəfli əməkdaşlığa və beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafına verdiyi önəm bugünkü reallıqlar da özünün aydın ifadəsini tapır. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, son illərdə Prezident İlham Əliyevin Azərbaycana səfər edən bu və ya digər ölkənin dövlət başçıları ilə görüşlərini paytaxt Bakı ilə yanaşı, bölgələrimiz də, həmçinin işğaldan azad edilmiş ərazilərimiz də keçirməsi bir ənənəyə çevrilib. Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdə oldu. Qəbələdə Prezident İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək və geniş tərkibdə görüşü oldu. Söhbət zamanı dövlətimizin başçısının Volodimir Zelenski ilə əvvəlki görüşləri məmnunluqla xatırlandı, Ukrayna Prezidentinin ölkəmizə bu səfərinin ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlik bildirildi. Əməkdaşlığın bir çox istiqamətdə, o cümlədən enerji sahəsində genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı, kənd təsərrüfatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olundu, Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunuldu. Ölkəmizin Ukraynaya humanitar dəstəyini, eyni zamanda, Azərbaycan dövləti tərəfindən ukraynalı uşaqlara olan diqqət və qayğını yüksək qiymətləndirən Ukrayna Prezidenti bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Tezliklə bir qrup ukraynalı tələbənin reabilitasiya məqsədilə, həmçinin Azərbaycanın mədəniyyəti və incəsənəti ilə tanış olması üçün ölkəmizə səfərinin nəzərdə tutulduğu vurğulandı. Qeyd edək ki, Azərbaycan və Ukrayna arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın iqtisadi, ticarət, humanitar, mədəniyyət və digər sahələrində inkişafa təkan verir, münasibətlərimizin məzmunca zənginləşməsinə zəmin yaradır. Azərbaycan-Ukrayna əlaqələri ikitərəfli formatla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilir. Mövcud şəraitdə Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlığın bundan sonrada inkişaf edəcəyi gözlənilir.Bu da regionda sabitlik və əməkdaşlıq üçün əlavə imkanlar yaradacaqdır.

Vüqar İsmayılov

Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının əməkdaşı

Digər xəbərlər