PDF Oxu

Siyasət

  • 1 477

Azərbaycan–Çexiya münasibətləri: siyasi etimad və strateji tərəfdaşlıq nümunəsi

image

Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri mühüm önəm kəsb edir. Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Çex Respublikasının Baş naziri Andrey Babişlə keçirilən görüşlərdə də ikitərəfli əlaqələrin inkişafı, qarşıda duran əsas vəzifələr geniş şəkildə müzaakirə edilib. Sözsüz ki, bu səfər iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm addım kimi yüksək qiymətləndirilir.

Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib. O qeyd edib ki, səfər çərçivəsində aparılan yüksək səviyyəli danışıqlar, imzalanan sənədlər və keçirilən görüşlər Azərbaycan ilə Çex Respublikası arasında əməkdaşlığın müxtəlif sahələr üzrə genişləndirilməsinə yönəlib: “İki lider arasında baş tutan görüşlərdə münasibətlərin mövcud vəziyyətini yüksək qiymətləndirilib, qarşılıqlı etimada əsaslanan siyasi dialoqun davamlı xarakter daşıdığını vurğulanıb. Həmçinin görüşlər zamanı beynəlxalq və regional məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd edilib.
Bu bir reallıqdır ki, Azərbaycan ilə Çex Respublikası arasında ticarət dövriyyəsinin artırılması üçün böyük potensial mövcuddur. Xüsusilə sənaye, maşınqayırma, kimya, kənd təsərrüfatı və informasiya texnologiyaları sahələrində birgə layihələrin həyata keçirilməsi üçün əlverişli imkanlar vardır. Çexiyanın qabaqcıl sənaye təcrübəsi ilə Azərbaycanın dinamik inkişaf edən iqtisadi mühiti arasında sinerjinin yaradılması hər iki tərəf üçün faydalı hesab olunur.
Enerji sahəsində əməkdaşlıq müzakirələrin mühüm hissəsini təşkil eedib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol xüsusi qeyd edilib, ölkənin zəngin enerji resursları və tranzit imkanlarının Avropa bazarları üçün əhəmiyyəti vurğulanıb. Bu kontekstdə enerji resurslarının şaxələndirilməsi və dayanıqlı enerji layihələrinin həyata keçirilməsi istiqamətində əməkdaşlığın dərinləşdirilməsi barədə razılıq əldə olunub. Həmçinin bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində təcrübə mübadiləsi və texnoloji əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub”.
Deputat bildirib ki, iki ölkə arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq da prioritet istiqamətlərdən biri kimi qiymətləndirilir: “Azərbaycanın regionda mühüm tranzit mərkəzi kimi rolu nəzərə alınaraq, Çexiyanın bu imkanlardan istifadə perspektivləri müzakirə olunub. Xüsusilə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, yükdaşımaların artırılması və logistika infrastrukturunun təkmilləşdirilməsi məsələləri üzrə konkret təşəbbüslər irəli sürülüb.
Səfər çərçivəsində keçirilən Azərbaycan–Çexiya biznes forumu iqtisadi əməkdaşlığın praktiki müstəvidə inkişafına təkan verən mühüm platforma olub. Forumda hər iki ölkənin dövlət qurumlarının nümayəndələri, sahibkarlar və investorlar iştirak etmiş, investisiya imkanları, biznes mühiti və birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında geniş təqdimatlar keçirilib. Bu isə öz növbəsində iş adamları arasında birbaşa əlaqələrin qurulması gələcək əməkdaşlıq üçün real zəmin yaratmış olur”.
Sevinc Hüseynova vurğulayıb ki, iki ölkə arasında humanitar sahədə əməkdaşlıq da diqqətdən kənarda qalmayıb: “Bu xüsusda təhsil, elm, mədəniyyət və turizm sahələrində əlaqələrin genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. Tələbə mübadiləsi proqramlarının artırılması, birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi və mədəni tədbirlərin təşkili xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə xidmət edən mühüm amillər kimi qeyd olunub. Bütün bunlar Azərbaycan ilə Çex Respublikası arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirir. Səfər çərçivəsində əldə olunmuş razılaşmalar və müəyyən edilmiş istiqamətlər qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənəcəyinə, həmçinin iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənəcəyinə əsas verir”.

Digər xəbərlər