PDF Oxu

Siyasət

  • 1 147

“Bu görüşlər sənaye, texnologiya və enerji sahələrində əməkdaşlığı artırır” -DEPUTAT DANIŞDI

image

“Azərbaycanla Çexiya arasında münasibətlər genişlənir. 2015-ci ildə imzalanan “Azərbaycan Respublikası ilə Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iki ölkə arasında strateji tərəfdaşlığın rəsmi əsasını qoyub”.Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Könül Nurullayeva bildirib.Onun sözlərinə görə, ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı və digər sahələrdə inkişafını nəzərdə tutur:”Sonrakı illərdə bu Bəyannamə ikitərəfli əlaqələrin inkişafını daha da genişlən üçün əsas sənəd kimi qeyd olunur və enerji, ticarət, investisiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə təkan verib.Bu ölkənin baş naziri Andrey Babişin ölkəmizə səfəri, Qəbələdə keçirilən görüşlər və verilən bəyanatlar göstərir ki, tərəflər əlaqələri sənaye kooperasiyası, yüksək texnologiyalar və alternativ enerji kimi istiqamətlərdə genişləndirmək niyyətindədir.Çexiya Avropa İttifaqının sənaye baxımından inkişaf etmiş ölkələrindən biri kimi Azərbaycan üçün həm texnoloji, həm də investisiya baxımından cəlbedici tərəfdaşdır. Azərbaycan–Çexiya biznes forumunda səsləndirilən fikirlər də iqtisadi əməkdaşlığın konkret istiqamətlərini müəyyənləşdirir. Bu forum Azərbaycanın əlverişli investisiya mühiti və regional logistika mərkəzi kimi artan rolunun göstəricisidir. Xüsusilə Orta Dəhliz üzərindən Avropa ilə Asiyanı birləşdirən nəqliyyat imkanları Çexiya şirkətləri üçün yeni perspektivlər açır.

Bundan əlavə, sənaye parkları, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat və yaşıl enerji sahələri əməkdaşlığın prioritet istiqamətləri kimi önə çıxır. Çex tərəfi Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirərək bu sahədə əməkdaşlığın genişləndirilməsinə maraq göstərir.
Qəbələdə keçirilən görüş zamanı Çexiya baş naziri tərəfindən səsləndirilən “Azərbaycan çox nüfuzlu ölkədir” fikri son dövrlərdə formalaşan geosiyasi reallığın açıq etirafıdır. Bu bəyanat rəsmi Bakının regionda və daha geniş coğrafiyada artan rolunun Avropa paytaxtlarında da qəbul edildiyini göstərir. Bu əməkdaşlıq qarşılıqlı fayda prinsipinə əsaslanır. Azərbaycan Avropa bazarlarına çıxışını genişləndirir, Şərqi Avropa ölkələri isə enerji və nəqliyyat sahəsində yeni imkanlar əldə edir.
Ümumiyyətlə, aprel ayında ölkəmizə baş tutan yüksək səviyyəli səfərlər, keçirilən biznes forumlar və imzalanan sənədlər Azərbaycanın beynəlxalq sistemdə artan rolunu və cəlbediciliyini bir daha nümayiş etdirir”.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər