PDF Oxu

Siyasət

  • 895

Azərbaycan-Ukrayna münasibətlərinin inkişaf istiqamətləri - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 25-də Bakıda keçirilən görüşü iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bir daha nümayiş etdirdi. Görüşdən sonra dövlət başçılarının mətbuata verdikləri bəyanatlar əməkdaşlığın gələcək istiqamətlərinə dair mühüm mesajlarla yadda qaldı.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan ilə Ukrayna arasında dialoq davamlı xarakter daşıyır və dövlət başçıları arasında təmaslar müntəzəm şəkildə həyata keçirilir. Son illər ərzində keçirilən çoxsaylı görüşlər, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində baş tutan görüşlər iki ölkə arasında qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edib. Dövlət başçısı xatırlatdı ki, Volodimir Zelenski Prezident kimi ilk dəfə Azərbaycana bir neçə il əvvəl səfər edib və həmin dövrdən etibarən liderlər arasında səmimi və işgüzar münasibətlər formalaşıb.Prezident İlham Əliyev, həmçinin, özünün Ukraynaya səfərini xatırladaraq bildirdi ki, həmin görüşlər zamanı aparılan müzakirələr və sonrakı əlaqələr ikitərəfli münasibətlərin daha da inkişafına mühüm töhfə verib. Bu təmaslar nəticəsində Azərbaycan-Ukrayna əməkdaşlığı yeni mərhələyə qədəm qoyub və müxtəlif sahələrdə əlaqələr genişlənib.

Bəyanatda vurğulandı ki, iki ölkə arasında siyasi dialoqla yanaşı, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq üçün də geniş imkanlar mövcuddur. Prezident İlham Əliyev Azərbaycanın Ukrayna ilə tərəfdaşlığa böyük önəm verdiyini bildirərək, gələcəkdə də bu münasibətlərin daha da möhkəmlənəcəyinə əminliyini ifadə etdi.

Səfər çərçivəsində aparılan müzakirələr bir daha təsdiq edir ki, iki dövlət arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur. Azərbaycan–Ukrayna münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsində formalaşmış sabit və çoxşaxəli əməkdaşlıq modelidir. Bu yanaşma göstərir ki, tərəfdaşlıq gələcəyə hesablanmış uzunmüddətli strateji baxış üzərində qurulub və qarşılıqlı əlaqələrin daha da genişlənməsi üçün real əsaslar mövcuddur.

Görüşün yekunları göstərir ki, Azərbaycan və Ukrayna arasında dostluq və tərəfdaşlıq əlaqələri möhkəm təməllər üzərində qurulub və qarşılıqlı səylər nəticəsində bu əməkdaşlıq daha da genişlənəcək. Dövlət başçılarının bəyanatları iki ölkə arasında əlaqələrin perspektivlərinin olduqca geniş və ümidverici olduğunu bir daha təsdiqlədi.

Teymur Əsgərov

YAP Kəngərli rayon təşkilatının fəalı

Digər xəbərlər