PDF Oxu

Siyasət

  • 898

Samuxda bilik yarışı keçirilib - FOTOLAR

image

Samux rayonunda YAP Samux rayon təşkilatının və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Samux rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş bilik yarışı keçirilib.

Tədbirdə YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova, YAP Samux rayon təşkilatı aparatının əməkdaşları, müəllimlər və məktəblilər iştirak edib.
YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova giriş nitqi ilə çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın müasir tarixində silinməz iz qoymuş, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və ölkənin inkişaf strategiyasının müəyyənləşdirilməsində müstəsna rol oynamışdır. Qeyd edib ki, Ulu Öndərin zəngin siyasi irsi bu gün də gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm əhəmiyyət kəsb edir.

S.Xəlilova vurğulayıb ki, belə yarışların keçirilməsi şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsinə, onların tariximizə və milli dəyərlərimizə marağının artırılmasına xidmət edir. S.Xəlilova həmçinin bildirib ki, gənclər ölkəmizin gələcəyidir və onların savadlı, vətəninə bağlı vətəndaş kimi formalaşması dövlət siyasətinin əsas prioritetlərindəndir.

Daha sonra yarış iştirakçılarına uğurlar arzulanıb.
Qeyd edək ki, bilik yarışında qalib gələn şagirdlərə Fəxri Fərman və qiymətli hədiyyələrin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş ümumrayon tədbirində təqdim edilməsi nəzərdə tutulub.

Digər xəbərlər