“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman yarışları çərçivəsində qızlar arasında voleybol turnirinə yekun vurulub.
29.04.2026-cı il tarixində 2 nömrəli Bakı Baza Tibb Kollecində baş tutan qızlar arasında voleybol turnirinin final oyunları və mükafatlandırma mərasimində YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Orxan Məmmədov, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva, YAP Yasamal rayon təşkilatının əməkdaşları, kollecin idman klubunun rəhbərliyi və yarış iştirakçıları iştirak edib.
Qızlar arasında voleybol yarışının final mərhələsi də yüksək rəqabət şəraitində keçib. Yarışın sonunda qalib komandanların üzvlərinə müvafiq olaraq diplom, medallar təqdim olunub və xatirə şəkilləri çəkdirilib.