PDF Oxu

Siyasət

  • 632

Münasibətlər yeni mərhələyə qədəm qoyur -ŞƏRH

image

Azərbaycan ilə Çexiya Respublikası arasında son dövrlərdə müşahidə olunan fəal siyasi dialoq iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Bu gün Azərbaycan ilə Çexiya Respublikası arasında əlaqlər yalnız diplomatik əlaqələrin intensivləşməsi ilə məhdudlaşmır, həm də iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi ilə müşayiət olunur.

İlk növbədə qeyd etmək lazımdır ki, qarşılıqlı rəsmi səfərlərin artması tərəflər arasında siyasi etimadın gücləndiyini nümayiş etdirir. Hökumət nümayəndələrinin, parlament üzvlərinin və digər yüksək səviyyəli rəsmilərin mütəmadi görüşləri regional və beynəlxalq məsələlər üzrə mövqelərin uzlaşdırılmasına imkan yaradır. Bu isə xüsusilə Avropa ilə əlaqələrin dərinləşdirilməsi baxımından Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.Çexiyanın Avropa İttifaqı üzvü olması bu münasibətlərə əlavə strateji dəyər qazandırır. Azərbaycan üçün Çexiya yalnız ikitərəfli tərəfdaş deyil, eyni zamanda Avropa institutları ilə əlaqələrin genişləndirilməsində bir körpü rolunu oynayır. Bu çərçivədə siyasi dialoq enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional sabitlik kimi məsələləri də əhatə edir.

Enerji sahəsi əməkdaşlığın əsas istiqamətlərindən biridir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkə kimi Çexiya üçün etibarlı tərəfdaşdır. Xüsusilə qaz təchizatı və alternativ enerji layihələri iki ölkə arasında əməkdaşlığın perspektivli sahələri kimi ön plana çıxır. Bu əməkdaşlıq yalnız iqtisadi fayda vermir, həm də siyasi münasibətlərin möhkəmlənməsinə xidmət edir.

Bununla yanaşı, parlamentlərarası əlaqələrin inkişafı və mədəni-humanitar layihələrin həyata keçirilməsi xalqlar arasında qarşılıqlı anlayışın dərinləşməsinə şərait yaradır. Təhsil, turizm və mədəniyyət sahələrində əməkdaşlıq siyasi dialoqu tamamlayan vacib elementlərdəndir.Nəticə etibarilə, Azərbaycan ilə Çexiya arasında fəal siyasi dialoq çoxşaxəli və strateji xarakter daşıyır. Bu münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyi gözlənilir və hər iki ölkə üçün həm regional, həm də beynəlxalq müstəvidə yeni imkanlar açır.

İftixar Həsənov

YAP Şərur rayon təşkilatının fəal üzvü

Digər xəbərlər