PDF Oxu

Siyasət

  • 434

Regionda etibarlı strateji tərəfdaş

image

Azərbaycan regionda etibarlı strateji tərəfdaş nüfuzuna sahib olan dövlət olaraq hər zaman balanslaşdırılmış siyasət həyata keçirməkdədir. Bu gün Azərbaycan beynəlxalq müstəvidə etibarlı və strateji tərəfdaş kimi tanınmışdır.

Azərbaycan ayrı-ayrı dövlətlərlə ikitərəfli əlaqələrdə humanitar sahənin inkişafına öz töhfəsini verir. Bu, Azərbaycan dövlətinin humanizm prinsiplərinə əsaslanan siyasətindən irəli gəlir. Ölkəmiz dünya dövlətləri ilə əməkdaşlıq əlaqələrini genişləndirərək beynəlxalq arenada öz mövqeyini möhkəmləndirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatında bildirdi ki, "əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir. Təbii ki, bu gün biz bu barədə də danışdıq və bu sahədə gələcək əməkdaşlıq haqqında qərara gəldik. Biz buna daha geniş prizmadan yanaşırıq. Bu, sadəcə olaraq, ticarət əməliyyatları, enerji resurslarının ixracı əməliyyatları olmayacaq. Biz buna daha genişmiqyaslı, uzunmüddətli əməkdaşlıq kimi yanaşırıq."

Səfər çərçivəsində həmçinin Azərbaycan-Çex Respublikası biznes forumu da keçirildi. Azərbaycanın ticarət dövriyyəsinin daha yüksək səviyyəyə çatdırılacağına əminliyini bildirən dövlət başçımız ticarət dövriyyəsinin daha tarazlı olmasını, strukturun təkmilləşdirilməsinə ümidli olduğunu da xatırladaraq dedi: “Ümid edirəm ki, biz buna nail olacağıq. Çünki bu gün həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir. Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Respublikamızın xarici siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri bu strateji kursun müstəqillik və suverenlik prinsiplərinə əsaslanmasıdır.

Elmin Məmmədov,

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Digər xəbərlər