PDF Oxu

Siyasət

  • 427

Azərbaycan-BƏƏ: strateji tərəfdaşlığa əsaslanan ikitərəfli əlaqələr - TƏHLİL

image

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında tarixi köklərə, mənəvi dəyərlərə, ənənələrə əsaslanan möhkəm dostluq münasibətləri uğurla inkişaf edir. Dövlətlərarası münasibətlərin genişlənməsini şərtləndirən çoxsaylı amillər mövcuddur. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrin genişlənməsinə töhfə verir. Daimi təmaslar, ikitərəfli və çoxtərəfli platformalarda baş tutan görüşlər, aparılan mühüm müzakirələr münasibətlərin xoş məram əsasında dərinləşməsində mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələdə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin Dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev strateji tərəfdaşlığa əsaslanan ikitərəfli əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyini deyərək, bu xüsusda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə dostluq münasibətlərinə toxunub. Prezident İlham Əliyev özünün Birləşmiş Ərəb Əmirliklərinə, Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana, o cümlədən Qarabağa səfərlərini, həmçinin bu səfərlər zamanı aparılmış müzakirələri məmnunluqla xatırlayıb. Bildiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanini ölkəmizə səfəri münasibələrin davamlığına əsaslanır. Ötən ilin sentyabrın 16-da Şuşada Prezidentlər İlham Əliyevin və Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın geniş tərkibdə görüşü olub. Qeyd olunan görüşdə çıxış edən Prezident İlham Əliyevin bildirdiyi kimi, "Sizin səfəriniz ölkələrimiz arasındakı qardaşlıq, dostluq əlaqələrinə yeni təkan verəcək. Biz Sizinlə həm Azərbaycanda, həm də Birləşmiş Ərəb Əmirliklərində tez-tez görüşürük...Siz Qarabağa, işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz və bu, bizi, bütün Azərbaycan xalqını çox məmnun edir. Bizim əlaqələrimiz qardaşlıq, dostluq üzərində qurulub". Bütün bunların əlaqələrimizin genişləndirilməsində mühüm rol oynayıb.

Qeyd edək ki, istər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləmişdir. Dövlətlərarası imzalanmış çoxsaylı sənədlər əlaqələri yeni səviyyəyə qaldırıb. İmzalanmış hər bir sənəd böyük əhəmiyyət daşıyır. Onların arasında xüsusilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni xüsusilə önəmlidir.

Prezident İlham Əliyev Səid bin Mübarək Əl-Hacirinin ölkəmizə böyük nümayəndə heyəti ilə gəldiyini deyərək, bu səfərin münasibətlərimizin dərinləşdirilməsi baxımından roluna toxunub. Ötən ilin iyul ayında ölkələrimiz hərtərəfli iqtisadi əməkdaşlıq haqqında Saziş imzalamışdır. Bu sənəd iqtisadi əlaqələrə yeni bir təkan verib. Müştərək iqtisadi hədəfləri həyata keçirmək üçün həmin sənəd əhəmiyyətlidir. Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyat, bərpaolunan enerji, qida təhlükəsizliyi, həmçinin mədəniyyət və digər sahələrdə əməkdaşlığı genişləndirməyə maraqlıdır. Dövlət başçıları arasında siyasi dialoqun yüksək dinamizmi ölkələrin qarşılıqlı maraqlar əsasında iqtisadi əlaqələrini də genişləndirir. Xüsusilə də getdikcə genişlənən enerji əməkdaşlığı məmnunluq doğurur. Abşeronda, Naxçıvanda, işğaldan azad olunmuş ərazilərdə böyük yaşıl enerji potensialına malik olan Azərbaycan bu sahənin inkişafına, bərpaolunan mənbələrdən enerji alınmasına xarici investisiyaların cəlb olunmasına güclü siyasi iradə nümayiş etdirir. İndiyədək Azərbaycanın Energetika Nazirliyi ilə ayrı-ayrı xarici şirkətlər arasında müxtəlif layihələr üzrə investisiya müqavilələri imzalanıb. Bu sırada BƏƏ-nin "Masdar" şirkəti də yer alır.

İKİTƏRƏFLİ GÜNDƏLİK: SİYASİ, İQTİSADİ, TİCARİ, ENERJİ...

Dövlətlərarası münasibətlərdə iqtisadi-ticari əlaqələr genişlənib və siyasi münasibətlər mükəmməl səviyyədədir. Azərbaycan ilə BƏƏ arasında əlaqələrin inkişafında enerji sektorunun payı olduğunu xüsusilə vurğulamaq lazımdır. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir. Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanın bərpaolunan enerji sahəsinə qoyduğu investisiyalar da dostluğun və tərəfdaşlığın nümunəsinin göstəricisidir. Ölkələr ənənəvi enerji sahəsində yaxından əməkdaşlıq edirlər. Son illər ölkələrimiz arasında iqtisadiyyat, o cümlədən energetika sahəsində əlaqələr dinamik inkişafdadır. Bu sahənin inkişafında BƏƏ ilə əməkdaşlığımız xüsusi çəkiyə malikdir. Azərbaycan ilə BƏƏ arasında əlaqələrin inkişafında enerji sektorunun xüsusi payının olması şübhəsizdir. 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, "AzərEnerji" ASC və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələrin imzalanması və 2022-ci il martın 15-də "Gülüstan" sarayında Prezident İlham Əliyevin iştirakı stansiyanın təməlqoyma mərasimi ələqələrin inkişafında öz sözünün demiş oldu. Layihə üzrə işlər sürətlə və yüksək standartlar səviyyəsində icra olundu. 2022-ci il oktyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi baş tutdu. 2023-cü il oktyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında yeni sənədlər imzalanıb.

Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bunu əlamətdar nailiyyət kimi dəyərləndirib. Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında münasibətlər ötən onilliklər ərzində ardıcıl inkişaf etmişdir.

Qəbula görə minnətdarlığını bildirən Səid bin Mübarək Əl-Haciri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırıb. Qonaq dövlətimizin başçısının liderliyi ilə Cənubi Qafqaz regionunda sülh gündəliyinin irəli aparılması prosesində əldə edilmiş uğurlar, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə Azərbaycan Prezidentinin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi münasibətilə təbriklərini çatdııb. Görüşdə ölkələrimiz arasında ikitərəfli gündəliyin zəngin olduğu vurğulanıb, siyasi, iqtisadi, ticari, enerji, həmçinin bərpaolunan enerji, birgə investisiya fondunun fəaliyyəti, birgə hərbi təlimlər və digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Yaxın Şərqdəki vəziyyətə toxunulub, regiondakı bütün məsələlərin diplomatik yolla həll edilməsinin vacibliyi bildirilib. Yüksək siyasi münasibətlər, BƏƏ sərmayələrinin iri həcmdə dövlətimizin xüsusən də bərpa olunan enerji sahəsinə qoyulmasını, ölkələrimiz arasında aktiv ticari-iqtisadi əməkdaşlığı şərtləndirən başlıca amildir. Qarşılıqlı əlaqələrin bütün sahələrinin inkişafına dair hər iki ölkə rəhbərinin siyasi iradəsi Azərbaycan-BƏƏ münasibətlərinin geniş perspektivlərə malik olduğuna dəlalət edir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər