PDF Oxu

Siyasət

  • 1 210

"Dövlət təbii fəlakətlərə qarşı operativ və sistemli reaksiya verir" - DEPUTAT

image

"Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı sosialyönümlü siyasətin göstəricisidir".Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputati Nigar Məmmədova deyib.Onun sözlərinə görə, bu addım fövqəladə halların idarə olunması, habelə dövlətin sosial məsuliyyəti kontekstində nümunə kimi qiymətləndirilməlidir: "Dövlət təbii fəlakətlərə qarşı mübarizəyə kompleks yanaşma sərgiləyir və burada vətəndaşların təhlükəsizliyinin təmin olunması ön plandadır.Məlum olduğu kimi, mart–aprel aylarında yağan intensiv leysanlar və nəticədə yaranan sel və daşqınlar paytaxt Bakı şəhəri ilə yanaşı, ölkənin bir sıra bölgələrində ciddi fəsadlara səbəb oldu. Təbii hadisələrin təsiri ilə kənd təsərrüfatına ziyan dəydi, yollar, körpülər, elektrik təsərrüfatı və yaşayış evləri zərər gördü. Mövcud vəziyyət bir daha göstərdi ki, iqlim dəyişikliklərinin təsiri altında fövqəladə hallara hazırlıq və çevik reaksiya mexanizmləri xüsusi əhəmiyyət kəsb edir.Mövcud vəziyyəti və qarşıda duran vəzifələri nəzərə alaraq, cənab Prezident tərəfindən imzalanan sərəncam görülən işlərin davamlılığını təmin etməklə yanaşı, gələcəkdə analoji halların qarşısının alınmasına yönəlib. Sərəncama əsasən, 2026-cı ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ümumilikdə 85,8 milyon manatdan artıq vəsait ayrılıb. Bu vəsait müxtəlif istiqamətlər üzrə bölüşdürülərək, fəsadların aradan qaldırılması və infrastrukturun bərpasına yönəldiləcək.Maliyyə yardımları insanların ilkin ehtiyaclarının qarşılanmasına, onların sosial rifahının bərpasına xidmət edir. Bu yanaşma, eyni zamanda, vətəndaş-dövlət münasibətlərində etimadın möhkəmlənməsinə töhfə verir. Sözügedən sərəncam həm də uzunmüddətli perspektivdə risklərin azaldılmasına və gələcəkdə oxşar təbii hadisələrin təsirini minimuma endirməyə imkan verəcək".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər