PDF Oxu

Siyasət

  • 1 099

“Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” -FOTOLAR

image

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran rayon bölməsində Ümummilli Lider H. Əliyevin 103 - cu il dönümü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran rayon bölməsinin rəisi Xalid Ələkbərli, agentliyin əməkdaşları və partiya fəalları iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Xalid Ələkbərli iştirakçıları salamlamışdır. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Sonra çıxış edən Xalid Ələkbərli Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsindəki müstəsna rolundan, milli ideologiyanın – Azərbaycançılıq məfkurəsinin əsasını təşkil edən dəyərlərdən ətraflı bəhs etmişdir. O qeyd etmişdir ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs ölkəmizin müstəqilliyinin qorunması, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və milli birliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Çıxış zamanı həmçinin vurğulanmışdır ki, Azərbaycançılıq ideologiyası təkcə siyasi baxışlar sistemi deyil, eyni zamanda milli-mənəvi dəyərlərin, tarixə və mədəniyyətə bağlılığın, dövlətə sədaqətin və vətəndaş həmrəyliyinin ifadəsidir. Bu ideyaların bu gün də ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirildiyi və cəmiyyətin bütün sahələrində öz əksini tapdığı diqqətə çatdırılmışdır.

Tədbirdə çıxış edən agentliyin əməkdaşı Vüsalə Cahangirova mövzu ətrafında fikirlərini bölüşərək milli dəyərlərin qorunmasının və gənc nəslə aşılanmasının vacibliyini qeyd etmişdir.

Daha sonra YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev çıxış edərək Heydər Əliyev ideyalarının müasir dövrdə aktuallığını vurğulamış, partiyanın fəaliyyəti, qarşıda duran vəzifələr və cari məsələlər barədə ətraflı məlumat vermişdir. Çıxış zamanı partiya daxilində aktual məsələlər müzakirə olunmuş, təkliflər səsləndirilmiş və gələcək fəaliyyət istiqamətləri müəyyən edilmişdir.

Tədbirin sonunda bir qrup əməkdaş fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunmuş, bu kimi tədbirlərin ideoloji birliyin möhkəmləndirilməsi və ictimai fəallığın artırılması baxımından əhəmiyyətli olduğu vurğulanmışdır.

Digər xəbərlər