PDF Oxu

Siyasət

  • 1 050

Samuxda silsilə tədbirlər davam etdirilir -FOTOLAR

image

Samux rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü ilə əlaqədar YAP Samux rayon təşkilatı tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq keçirilən silsilə tədbirlər davam etdirilir.

Aprelin 30-da YAP Samux rayon təşkilatının, Samux rayonu üzrə Təhsil sektorunun və Samux rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin Samux şəhər Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub. Ekskursiyanın məqsədi şagirdlərin Ümummilli Liderin zəngin həyat yolu və çoxşaxəli fəaliyyəti ilə daha yaxından tanış olmalarını təmin etmək, onlarda vətənpərvərlik ruhunu daha da gücləndirmək olub.

Ekskursiya zamanı YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz xidmətlər bu gün də hər bir gənc nəsil üçün örnəkdir. S.Xəlilova şagirdlərə tövsiyə edərək bildirib ki, Ümummilli Liderin zəngin irsini dərindən öyrənsinlər, onun ideyalarına sadiq və layiqli vətəndaşlar kimi yetişsinlər.

Daha sonra Heydər Əliyev Mərkəzinin əməkdaşı şagirdləri mərkəzdə nümayiş olunan eksponatlarla yaxından tanış edib, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar haqqında ətraflı məlumat verib. Şagirdlər ekskursiya zamanı maraqla iştirak edib, onları maraqlandıran suallara cavablar alıblar.

Heydər Əliyev Mərkəzinin akt zalında davam edən tədbirdə Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Digər xəbərlər