Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatının Çalxanqala kənd ərazi partiya təşkilatında "Şəhərsalam və Memarlıq İli" çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Xalqın qəlbində əbədi yaşayan Lider” mövzusunda tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli həmrəyliyin təmin olunması və ölkəmizin davamlı inkişafı istiqamətində göstərdiyi misilsiz xidmətlərdən bəhs edib.
Qeyd olunub ki, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan müstəqilliyini möhkəmləndirmiş, beynəlxalq arenada öz layiqli yerini tutmuşdur. Onun zəngin siyasi irsi bu gün də ölkəmizin inkişaf strategiyasının əsasını təşkil edir.
Vurğulanıb ki, Ulu Öndərin ideyaları, dövlətçilik fəlsəfəsi və xalqına bağlılığı hər bir Azərbaycan vətəndaşı üçün örnəkdir. Bildirilib ki, onun əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq və gələcək nəsillər tərəfindən böyük ehtiramla yad ediləcəkdir.
Tədbirdə Çalxanqala kənd tam orta məktəbinin direktoru Loğman Qasımov və partiya fəallarından Rəna Səfərova, Gülüstan Səfərli çıxış ediblər. Natiqlər Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətini, milli maraqlara söykənən qərarlarını və müstəqil dövlətimizin möhkəmlənməsi istiqamətində gördüyü mühüm işləri xüsusi vurğulayıblar. Qeyd olunub ki, Ümummilli Liderin ideyaları və siyasi irsi bu gün də ölkəmizin inkişaf yolunda əsas istiqamətverici amillərdən biridir və gələcək nəsillər üçün dəyərli örnək olaraq qalır. Onun zəngin irsinin təbliğinin vacibliyini qeyd ediblər.
Məktəblilərin ifasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər bədii qiraət edilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.