PDF Oxu

Siyasət

  • 961

Ağstafada şahmat üzrə turnir keçirilib - FOTOLAR

image

30 aprel 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının və Qazax – Tovuz Regional Təhsil idarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş məktəblilər arasında şahmat üzrə rayon turniri keçirilib. Tədbirdə YAP Ağstafa rayon təşkilatının, Qazax-Tovuz Regional Təhsil idarəsinin əməkdaşları, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirin açılışında çıxış edən YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov və Ağstafa rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Elşən Yusifov bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün də ölkəmizin bütün sahələrində uğurla davam etdirilir. Gənclərin intellektual inkişafına yönəlmiş bu kimi tədbirlər dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biridir və onların formalaşmasında xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, bu cür turnirlər uşaqlarda diqqət, intizam və analitik düşünmə bacarıqlarını daha da gücləndirir.

Daha sonra iştirakçılara uğurlar arzulanaraq turnirin açılışına start verilib.

Qeyd edək ki, turnirin yekun final oyunu 01 may 2026-cı il tarixində keçiriləcək. Yarışın sonunda qaliblərə diplom, medal və qiymətli hədiyyələr təqdim olunacaq.

Digər xəbərlər