PDF Oxu

Siyasət

  • 697

Ərazi partiya təşkilatında yığıncaq keçirilib - FOTOLAR

image

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi 110 (Andromed Tibb Mərkəzi) ünvanı üzrə ərazi ilk partiya təşkilatında yığıncaq keçirilib.

Yığıncağı giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov qeyd edib ki, Yeni Azərbaycan Partiyası milli həmrəyliyin möhkəmlənməsində, siyasi sabitliyin təmin edilməsində və Azərbaycanın müstəqil dövlət quruculuğunda əvəzsiz rol oynayıb. YAP Azərbaycanın demokratik siyasi mədəniyyətinə mühüm töhfələr verib, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyəti formalaşdırmaq istiqamətində partiyanın fəaliyyəti yeni siyasi ənənələrin yaranmasına səbəb olub.

Andormed Tibb Mərkəzinin direktor müavini Tural Cəfərquliyev vurğulayıb ki, Yeni Azərbaycan Partiyası müstəqillik tariximizin ən ağır və keşməkeşli mərhələsinin sınaqlarından keçərək özünü doğrultmuş, ictimai-siyasi mühitdə hakim partiya kimi qalaraq ölkəmizin bütün sahələrinin inkişafına töhfə vermişdir.

Daha sonra təşkilati məsələlərə baxılıb. Təşkilatın sədrliyinə Tural Cəfərquliyevin, sədr müavinliyinə isə Günay Veyisovanın namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində yekdilliklə ərazi partiya təşkilatının sədri Tural Cəfərquliyev Mirzəli oğlu, sədr müavini isə Günay Veyisova Əziz qızı seçiliblər.

Ərazi partiya təşkilatının seçilmiş yeni sədr və sədr müavini göstərilən etimada görə minnətdarlıqlarını bildiriblər.

Digər xəbərlər