PDF Oxu

Siyasət

  • 539

Azərbaycan ilə Çexiya arasında münasibətlər dinamik şəkildə inkişaf edir - ŞƏRH

image

Azərbaycan Respublikası ilə Çex Respublikası arasında münasibətlər müstəqillik dövründən sonra formalaşmış, zamanla sabit və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelinə çevrilmişdir.

Çexiya Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcıdır. Ölkə başçısı İlham Əliyevin onunla Qəbələdə keçirdiyi təkbətək və geniş tərkibdə görüşü, liderlərin bəyanatları əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirərək tərəflər arasında əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edir.

Prezident İlham Əliyevin Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişlə görüşlərindən sonra ölkə başçısı mətbuata bəyanatında söyləyib ki, Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir.

Azərbaycan Respublikası ilə Çexiya Respublikası arasında münasibətlər qarşılıqlı hörmət, əməkdaşlıq və ortaq maraqlar əsasında inkişaf edir. Bu əlaqələr xüsusilə siyasi, iqtisadi, enerji və mədəni sahələrdə özünü göstərir.

Energetika sahəsi iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindəndir. Xüsusilə neft və qaz sahəsində əməkdaşlıq, ticarət dövriyyəsinin əsas hissəsini təşkil edir. Bununla yanaşı, sənaye, nəqliyyat və texnologiya sahələrində də əlaqələrin genişləndirilməsi istiqamətində addımlar atılır.Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çıxışı bu sahədə etibarlı tərəfdaşlıq münasibətlərini gücləndirir. Eyni zamanda, təbii qaz ixracının geniş coğrafiyanı əhatə etməsi bu əməkdaşlığın strateji əhəmiyyətini artırır.

Bununla yanaşı, müdafiə sənayesi sahəsində də əməkdaşlıq inkişaf etməkdədir. Hərbi təyinatlı məhsulların tədarükü və gələcəkdə birgə istehsal imkanlarının nəzərdən keçirilməsi bu sahədə əməkdaşlığın perspektivlərini genişləndirir.

İqtisadi sahədə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan enerji resursları ilə zəngin ölkə kimi Çexiyanın enerji təhlükəsizliyinə töhfə verir.

Siyasi əlaqələr mütəmadi yüksək səviyyəli səfərlər və görüşlərlə möhkəmləndirilir. Həm Bakı, həm də Praqa şəhərlərində fəaliyyət göstərən səfirliklər iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynayır.

Mədəni-humanitar sahədə də əməkdaşlıq diqqətəlayiqdir. Tələbə mübadiləsi proqramları, mədəni tədbirlər və sərgilər xalqlar arasında qarşılıqlı anlayışın və dostluğun güclənməsinə şərait yaradır. Çexiyada Azərbaycan mədəniyyətinin tanıdılması və Azərbaycanda çex mədəniyyətinə marağın artması bu əlaqələrin mühüm nəticələrindəndir.

Azərbaycan ilə Çexiya arasında münasibətlər dinamik şəkildə inkişaf edir və gələcəkdə daha da genişlənmək potensialına malikdir. Bu əməkdaşlıq həm regional, həm də beynəlxalq səviyyədə sabitlik və tərəqqiyə töhfə verir.

Gülnaz Rüstəmova

YAP Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər