PDF Oxu

Siyasət

  • 628

Qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq nümunəsi

image

2026-cı il aprelin 27-də Azərbaycan Respublikası ilə Çex Respublikası arasında keçirilmiş görüş iki ölkə arasında münasibətlərin inkişafında əhəmiyyətli hadisə kimi qiymətləndirilə bilər. Bu görüş yalnız mövcud əməkdaşlığın gücləndirilməsi baxımından deyil, həm də Avropa ilə Cənubi Qafqaz regionu arasında əlaqələrin genişlənməsi və yeni imkanların yaranması baxımından xüsusi önəm daşıyır.

Azərbaycan Respublikası ilə Çex Respublikası arasında ikitərəfli münasibətlər müasir dövrdə sabit və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq nümunəsi kimi qiymətləndirilir. Bu əlaqələr 1993-cü ildə diplomatik münasibətlərin qurulması ilə başlanmış və zaman keçdikcə müxtəlif sahələr üzrə inkişaf etmişdir. Hər iki ölkə beynəlxalq hüququn prinsiplərinə hörmət göstərərək münasibətlərini dostluq və tərəfdaşlıq ruhunda davam etdirir.

Azərbaycan Çexiya ilə münasibətlərin inkişafına hər zaman əhəmiyyət verir. Eyni zamanda Çexiya Baş naziri Andrey Babişin Aİ hüdudlarından kənara ilk rəsmi səfərini məhz Azərbaycana etməsi rəsmi Praqanın Bakıya verdiyi strateji önəmin aydın təzahürü idi.

Baş nazirin səfəri çərçivəsində 50-yə yaxın Çex şirkətinin iştirakı ilə Qəbələdə keçirilən biznes-forum iqtisadi əlaqələrin şaxələndirilməsi üçün yeni platforma rolunu oynadı.

Prezident İlham Əliyevin vurğuladığı kimi, əsas hədəf ticarət dövriyyəsinin strukturunu təkmilləşdirmək və qeyri-neft sektorunda qarşılıqlı investisiyaları artırmaqdır.

Prezident İlham Əliyev Azərbaycan-Çexiya biznes-forumunda bu mühüm məqama diqqət çəkərək vurğuladı ki, biz bunu dostluq, hörmət əlaməti kimi görürük və bu, həmçinin göstərir ki, həqiqətən hər iki ölkənin bir-birinə ehtiyacı var.

İqtisadi əməkdaşlıq ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən biridir. Azərbaycan zəngin enerji resursları ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır, Çexiya isə sənaye və texnologiya sahəsində təcrübəsi ilə seçilir.

İki ölkə arasında mədəni əlaqələr də inkişaf etməkdədir. Təhsil proqramları, tələbə mübadiləsi və mədəni tədbirlər xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirir. Azərbaycan mədəniyyətinin Çexiyada tanıdılması və əksinə, Çex mədəniyyətinin Azərbaycanda təqdim olunması bu sahədə əsas istiqamətlərdəndir.

2026-cı il aprelin 27-də keçirilən görüş Azərbaycan–Çexiya münasibətlərini çoxşaxəli strateji əməkdaşlıq səviyyəsinə yüksəltdi. Enerji təhlükəsizliyi, iqtisadiyyat, təhsil, mədəniyyət, texnologiya və regional sabitlik sahələrində atılan addımlar göstərir ki, iki ölkə gələcəkdə bir-birinə yalnız tərəfdaş deyil, həm də strateji müttəfiq kimi baxacaq. Bu münasibətlər həm Avropa, həm də Cənubi Qafqaz üçün yeni imkanların açılmasına xidmət edəcək. Ümumilikdə,

Azərbaycan Respublikası ilə Çex Respublikası arasında münasibətlər çoxşaxəli və perspektivlidir. Mövcud əməkdaşlıq və qarşılıqlı etimad gələcəkdə bu əlaqələrin daha da inkişaf edəcəyini göstərir.

İlkin Bağırov

YAP Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər