PDF Oxu

Siyasət

  • 1 444

"Okamponun açıqlamaları siyasi manipulyasiya nümunəsidir" - POLİTOLOQ DANIŞDI

image

"Luis Moreno Okamponun son açıqlamaları artıq sadəcə mübahisəli fikir deyil, açıq şəkildə siyasi manipulyasiya və məsuliyyətsiz müdaxilə nümunəsidir. Onun “Josep Borrel mənim komandamın üzvüdür” kimi iddiası reallıqdan qopmuş, özünü süni şəkildə böyük təsir mərkəzi kimi təqdim etməyə hesablanmış ritorikadır".Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.Onun sözlərinə görə, bu cür yanaşma nə hüquqi etikaya uyğundur, nə də beynəlxalq institutların işləmə prinsipləri ilə uzlaşır: "Açıq görünür ki, Okampo hüquq müstəvisində deyil, siyasi şou yaratmaq xəttində hərəkət edir.Daha kəskin və qəbuledilməz məqam isə Nikol Paşinyanın “uzaqlaşdırılması lazımdır” kimi çağırışıdır. Bu, bir hüquqşünasın deyil, siyasi təxribatçının dili ilə səslənən mövqedir. Suveren dövlətin daxili siyasi proseslərinə bu şəkildə müdaxilə etmək cəhdi beynəlxalq hüququn əsas prinsiplərinə ziddir və regionda gərginliyi süni şəkildə artırmağa xidmət edir. Okampo faktiki olaraq hüquq anlayışını alətə çevirərək siyasi gündəm formalaşdırmağa çalışır.Onun əvvəlki çıxışlarına baxdıqda da oxşar tendensiya görünür: emosional, birtərəfli və tez-tez faktoloji əsasdan uzaq iddialar. Bu isə təsadüfi deyil, sistemli yanaşmadır. Okampo hüquqi arqument qurmaq əvəzinə, informasiya təsiri yaratmağa çalışır və bu da onun obyektivliyini tamamilə şübhə altına alır.Bu tip açıqlamalar Cənubi Qafqaz kimi həssas bölgədə sabitliyə yox, xaosa xidmət edir. Hüquq adı altında səsləndirilən bu cür populist və təxribatçı fikirlər nə regional təhlükəsizliyə töhfə verir, nə də beynəlxalq hüququn nüfuzunu qoruyur. Okamponun mövqeyi daha çox siyasi alət rolunu oynayan, etibarsız və zərərli yanaşma kimi qiymətləndirilməlidir.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər