Samux rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü ilə əlaqədar YAP Samux rayon təşkilatı tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq keçirilən silsilə tədbirlər davam etdirilir.
Tədbirlər planı çərçivəsində mayın 1-də Ziyadlı ərazi partiya təşkilatında partiya fəallarının da iştirakı ilə “Qüdrətli və qalib Azərbaycan reallığı Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları ilə bağlıdır” mövzusunda tədbir keçirilib.
Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib. O qeyd edib ki, ölkəmizin əldə etdiyi nailiyyətlərin əsasında məhz Ulu Öndərin uzaqgörən siyasəti, milli maraqlara əsaslanan inkişaf strategiyası dayanır. Gündüz Bayramov vurğulayıb ki, müasir, müstəqil və qalib Azərbaycanın formalaşması Heydər Əliyev ideyalarının təntənəsidir və bu ideyalar bundan sonra da ölkəmizin inkişaf yoluna işıq salacaq.
Daha sonra tədbirdə iştirak edən fəal partiya üzvləri Şəfəaq Alıyeva, Elza Alxanova çıxış edərək bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi Azərbaycan xalqının milli sərvətidir. Qeyd ediblər ki, bu gün ölkəmizdə hökm sürən sabitlik, inkişaf və qələbə ruhu məhz həmin siyasi kursun məntiqi nəticəsidir. Natiqlər gənc nəslin Heydər Əliyev ideyalarına sadiq ruhda yetişdirilməsinin vacibliyini vurğulayaraq, bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətini xüsusi qeyd ediblər.
Sonra tədbir bədii hissə ilə davam etdirilib. Məktəb şagirdlərinin ifasında Ulu Öndərə həsr edilmiş şerlər səsləndirilib və vətənpərvərlik mahnıları ifa olunub.