Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.SİA xəbər verir ki, səfərdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən artıq səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir.Səfər Xankəndi şəhərini, Xocalı, Şuşa və Laçın rayonlarını əhatə etməklə, iki gün davam edəcək.İştirakçılar səfər müddətində bölgədə aparılan yenidənqurma və bərpa işlərini yerində izləyəcək, həmçinin sosial və iqtisadi əhəmiyyətli obyektlərlə tanış olacaqlar.