PDF Oxu

Siyasət

  • 1 250

“Deepfake və dezinformasiya rəqəmsal təhlükəsizliyə ciddi təhdid yaradır” - Murad Balayev

image

“Son dövrlərdə rəqəmsal texnologiyaların inkişafı ilə birlikdə dezinformasiya və ‘deepfake’ videoların yayılması qlobal problemə çevrilib. Süni intellekt bu cür saxta məzmunların hazırlanmasını asanlaşdırır və onları realdan fərqləndirməyi çətinləşdirir”.SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin rəisi Murad Balayev “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən III Forum çərçivəsində “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” panel sessiyasında çıxışı zamanı deyib.Murad Balayev bildirib ki, Azərbaycanda da dezinformasiya kampaniyaları müşahidə olunur: “Xüsusilə dövlət rəhbərliyi və ictimai fiqurların adından yayılan saxta məlumatlar cəmiyyətdə çaşqınlıq yaratmağa yönəlib”.O qeyd edib ki, müasir “deepfake” texnologiyaları əvvəlki dövrlərlə müqayisədə daha inkişaf edib və onların aşkar edilməsi adi istifadəçilər üçün çətinləşib.Murad Balayev vurğulayıb ki, qlobal statistikalar bu təhlükənin artdığını göstərir və bəzi hallarda maliyyə sektorunda böyük itkilərə səbəb olur.Onun sözlərinə görə, bu risklərin qarşısını almaq üçün kompleks yanaşma tələb olunur: “Texnoloji, hüquqi və maarifləndirici tədbirlər gücləndirilməli, vətəndaşlar isə məlumatları yoxlamadan paylaşmamalıdır”.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər