BMT-nin müvafiq strukturları komissiya yaradıb AP-də araşdırmalar aparsalar, o zaman bu qurumun deputatlarının rüşvətə və korrupsiyaya bulaşdıqlarını üzə çıxarır
Dünyanın əksər bölgələrində qeyri-sabitlik, iqtisadi, siyasi tənəzzül hökm sürür. Beynəlxalq təşkilatlar, özlərini aparıcı güc mərkəzləri kimi təqdim edən dövlətlər yaşanan iqtisadi, siyasi fəlakətin qarşısını almaqda acizdirlər. Çünki müharibələr və münaqişələr fonunda daxili birlik də arzuedilən səviyyədə deyil. Bu da hakimiyyətlərlə xalqları arasında dərin uçurum yaradıb ki, nəticədə itirən dövlətləri, iqtisadi, sosial böhranla üzləşən insanlar olur. Azərbaycan dövləti dünya xəritəsində barmaqla sayılan sabit, iqtisadi inkişafını uğurla davam etdirən dövlətlərdəndir. Dayanıqlı iqtisadi inkişafa nail olan Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Azərbaycanın siyasi, iqtisadi uğurları, nailiyyətləri bir sıra qərəzli xarici dairələri, xüsusilə də Fransa, Niderland, Almaniya kimi dövlətləri ciddi narahat edir. Həm də onlar Avropa məkanında Azərbaycan kimi türk dövlətinin güc mərkəzi olaraq ortaya çıxmasından təşviş keçirirlər. Hesab edirlər ki, Azərbaycan müsəlman-türk dövləti olaraq Avropanın lider dövlətinə çevrilməsi onların uzun illər başqa zəif dövlətlər üzərində hegemonluqlarının sonu olacaq. Eyni zamanda Azərbaycan Avropa Parlamentinin üzvlərinin lobbiçilik fəaliyyətlərini, rüşvətxor və korrupsiya əməllərini fakt və sübutlarla ortaya qoyaraq onları ifşa edəcək. Artıq bu istiqamətdə əsaslı və diqqətçəkən faktlar ortaya qoyulur ki, bu da sivil cəmiyyətləri Avropada necə bir iyrəncliklərin yaşadığını dərk etməyə imkan verir. Avropa Parlamentinin fəaliyyətində “solçu qruplar”ın aktiv iştirak etdiyini nəzərə alsaq, o qənaətə gəlmək olar ki, bu qurum hər hansı bir qərarı əvvəlcədən razılaşdırmadan qəbul edə bilməz. “Razılaşdırma” deyərkən heç şübhəsiz ki, Avropa Parlamentinin əksər üzvlərinin rüşvət və korrupsiya qarşılığında qərarvermə prosesində iştirak etmələridir. Bu baxımdan tam əminliklə qeyd etmək olar ki, oyuncaq quruma çevrilən Avropa Parlamentinin əksər üzvləri aprelin 30-da Azərbaycan haqqında özlərini rüsvay edən qətnaməni böyük pullar qarşılığında qəbul ediblər. Əgər müstəqil qurumlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının müvafiq strukturları komissiya yaradıb Avropa Parlamentində araşdırmalar aparsalar, o zaman bu qurumun dünyanın ən çirklənmiş qurumu olduğunu və deputatlarının rüşvətə bulaşdıqlarını üzə çıxarırlar. Bu AP-dir ki, onun Yunanıstandan olan vitse-prezident Eva Kailinin milyonlarla dollar korrupsiya cinayətində adı hallanmış və həbs edilmişdir. Belçika Federal Prokurorluğu onun korrupsiya ittihamı ilə saxlanılması üçün sanksiya verib. Kayli futbol üzrə Dünya Çempionatının Qətərdə keçirilməsi üçün rüşvət qarşılığında nüfuz təmsilçiliyi etməkdə təqsirləndirilir. Eva Kaylininlə yanaşı italyan deputatlar Françesko Giorginin və Pyer Antonio Panzerinin saxlanılıblar. Polis Eva Kaylinin özünün ofisi ilə yanaşı, daha iki avropalı deputatın - belçikalı Mark Tarabella və Mariya Arenanın ofislərini də möhürləyib.
Avropa Parlamenti bir ovuc qisasçı ünsürün əlində alətə çevrilib
Avropanın nüfuzlu nəşrlərindən olan “Politico.eu” dərc etdiyi xəbərdə qeyd olunurdu ki, həm Brüsseldə, həm də Strasburqda siyasətçilərin mənzillərində və ofislərində reydlər keçirilib, elektron və fiziki yaddaş daşıyıcıları ələ keçirilib. Müttəhimlər arasında eyni sağ radikal partiyaların üzvlərinin də adları var. Onlardan biri də hollandiyalı siyasətçi Marsel de Qraafdır. Onun köməkçisi aprel ayında Çin kəşfiyyatında xidmət etdiyinə görə həbs edilən başqa bir ifrat sağçı alman deputat Maksimilian Kraç ilə sıx əlaqədə idi. Almaniyanın Drezden prokurorluğu artıq Kraçın bir sıra xarici ölkələrin siyasi dairələri ilə əlaqəsini və onlardan müqavilə fəaliyyəti üçün ödəniş almasını araşdırır. Bundan əlavə, alman siyasətçi nasizmə rəğbəti və nasist salamları ilə tanınır. Almaniyanın “Thueringer Allgemeine” qəzeti etibarlı mənbələrə istinadla yazıb ki, Belçika polisi və alman müstəntiqlər sağ mərkəzçi Avropa Xalq Partiyasının (EPP) Brüsseldəki qərargahına basqın ediblər. Reyd mərkəzi Türingiya əyalətində (Almaniya) Xristian Demokratlar Partiyasının lideri Mario Voigta qarşı EPP-nin 2019-cu il Avropa seçkiləri üçün rəqəmsal təşviqat kampaniyasındakı rolu ilə bağlı davam edən korrupsiya araşdırması ilə əlaqədar olub. İstintaq Voigtin kampaniya zamanı müqavilə bağladığı internet şirkətindən təzminat alması ilə bağlı iddialara əsaslanır. EPP üzvləri arasında Avropa Parlamentinin sədri Robert Metsola, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və İsveçin Baş naziri Ulf Kristersson kimi məşhur siyasətçilər də var.
Avropa Parlamentinin Aİ-nin maraqlarından çox müxtəlif lobbi qrupların maraqlarına xidmət edir. Birbaşa erməni lobbisinin təsiri altındır. Məhz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Avropa Parlamenti Azərbaycan əleyhinə 10-dan artıq qərəzli qətnamə qəbul edib. Həmin qətnamədə iddia olunurdu ki, Azərbaycanın Ermənistana hərbi təcavüz edib, tarixin arxivinə atılan “Minsk Qrupun”dan, “ermənilərə statusdan” və digər sərsəm və ironiya ilə qarşılanan məsələlər qeyd edilib. Lakin nə 30 illik işğal dövründə, nə də ondan sonra Avropa parlamenti Azərbaycanın haqlı mövqeyini müdafiə etməyib, eyni zamanda ermənilərin terror əməllərini və fəaliyyətini susqunluqla müşahidə edib. Avropa parlamentinin reallıqları görməməzlikdən irəli gələrək belə bir separatçı qətnamələr qəbul etməsi Ermənistanın 30 illik işğal dövrü ərzində Azərbaycanın mədəni irsinə qarşı törətdiyi vandalizm aktlarına bir növ haqq qazandırması deməkdir. Ermənistanın Azərbaycanın torpaqlarını qəsb edərkən bəşəriyyət və insanlıq əleyhinə cinayətlər törədib. Ermənistan qəsdən şəhər və kəndləri dağıtmaqla yanaşı, Azərbaycan xalqının bu ərazilərdəki bütün mədəni irsini məhv edib. Azərbaycan 44 günlük Vətən Müharibəsi ilə BMT qətnamələrini özü icra etməklə haqqı və ədaləti bərpa etdi. Ermənistanın diz çöküb ağ bayraq qaldırmasından ötən müddət ərzində 300-dən çox vətəndaşımız ermənilərin işğal olunmuş Azərbaycan ərazilərində basdırdıqları minanın qurbanı olub. 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın şərtlərinə görə, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun açılmasını əngəlləyir. Hələ də Azərbaycanın 4 kəndinin Ermənistanın işğalı altında olması faktını görmək və eşitmək istəmirlər.
Avropa Parlamentini rüşvət və korrupsiya dağıdacaq
İ.ƏLİYEV