PDF Oxu

Siyasət

  • 627

Ağstafada şahmat yarışının qalibləri təltif edilib - FOTOLAR

image

01 may 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının və Qazax – Tovuz Regional Təhsil idarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə məktəblilər arasında keçirilən şahmat üzrə rayon turnirinin qaliblərinin təltifolunma mərasimi keçirilib.

Tədbirdə YAP Ağstafa rayon təşkilatının, Qazax-Tovuz Regional Təhsil idarəsinin əməkdaşları, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Şahmat üzrə rayon turnirinin final oyunu keçirilib.

Daha sonra YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov və Ağstafa rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Elşən Yusifov yarışın qaliblərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Qaliblərə diplom, medal və qiymətli hədiyyələr təqdim olunub.

Digər xəbərlər