PDF Oxu

Siyasət

  • 638

Şəmkirdə təhsil işçiləri arasında basketbol yarışı təşkil olunub - FOTOLAR

image

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı və Şəmkir rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü münasibətilə təhsil işçiləri arasında basketbol yarışı keçirilib.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasında təhsilin inkişafına və gənclərin sağlam həyat tərzinin formalaşmasına xüsusi diqqət və qayğı göstərmiş, idmanın geniş şəkildə inkişaf etdirilməsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirmişdir. Onun bu sahələrdə müəyyən etdiyi strateji xətt bu gün də uğurla davam etdirilir.

Yarış Şəmkir şəhər Məhəmməd Füzuli adına Təbiət və Humanitar Fənlər Təmayüllü Məktəb-Liseyin idman zalında baş tutub. Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər bildiriblər ki, bu cür idman tədbirləri təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqinə, fiziki fəallığın artırılmasına və komanda ruhunun güclənməsinə xidmət edir. Eyni zamanda, kollektivlər arasında əməkdaşlıq və qarşılıqlı hörmət münasibətlərinin inkişafına şərait yaradır.

Yarışın yekun nəticələrinə əsasən:

I yer – “ANNENFELD” komandası

II yer – “ZƏFƏR” komandası

III yer – “MÜBARİZ” komandası

Qaliblər YAP Şəmkir rayon təşkilatı tərəfindən kubok, fəxri fərman və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Digər xəbərlər