Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Yuxarı Qapanlı kəndində şəhid Rüstəm Firqani oğlu Hacıyevin ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.Görüşdə millət vəkili şəhidlərin mənalı ömür yolunun gənc nəsil üçün örnək olduğunu bildirib. O, rəşadətli Azərbaycan Ordusunun Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli torpaqlarımızı azad edərək tarixi Zəfərə imza atdığını qeyd edib.Şəhidin ailə üzvləri bu kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnnətdarlıqlarını ifadə ediblər.