Samux rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü ilə əlaqədar YAP Samux rayon təşkilatı tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq keçirilən silsilə tədbirlər davam etdirilir.
Tədbirlər planı çərçivəsində mayın 4-də YAP Samux rayon təşkilatı və Samux rayonu üzrə Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Qüdrətli və qalib Azərbaycan reallığı Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları ilə bağlıdır” mövzusunda yığıncaq keçirilib.
Öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova bildirib ki, müasir müstəqil Azərbaycanın qurucusu və memarı olan Heydər Əliyevin zəngin dövlətçilik irsi bu gün də ölkəmizin hərtərəfli inkişafında əsas istiqamətverici rol oynayır. Ümummilli Liderin müəyyən etdiyi siyasi kurs hazırda İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan beynəlxalq müstəvidə öz mövqeyini daha da möhkəmləndirir.
Çıxış edən Samux rayonu üzrə Mərkəzi Kitabxana Sisteminin direktor vəzifəsini icra edən Telli Nəsibova qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin zəngin irsi, onun milli-mənəvi dəyərlərə söykənən siyasəti bu gün də cəmiyyətimizin inkişafında mühüm rol oynayır, xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əvəzsiz əhəmiyyət kəsb edir. Vurğulayıb ki, kitabxanalar bu ideyaların təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm maarifləndirici missiya yerinə yetirir və bu istiqamətdə həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır.
Daha sonra tədbirdə iştirak edən fəal partiya üzvləri Maviyə Hüseyinova, Sevda Nuriyeva bildiriblər ki, Heydər Əliyevin ideyaları xalqımızın rifahına, dövlətimizin güclənməsinə və milli həmrəyliyin möhkəmlənməsinə xidmət edir. Çıxışlarda qeyd olunub ki, Ulu Öndərin əsasını qoyduğu siyasət nəticəsində Azərbaycan bu gün qalib və qüdrətli dövlət kimi dünya birliyində layiqli yer tutur.