PDF Oxu

Siyasət

  • 1 126

Mütərəqqi idman siyasəti - ŞƏRH

image

Mayın 4-də YAP Samux rayon təşkilatı tərəfindən Alıuşağı kənd ərazi partiya təşkilatında “Şəhərsalma və Memarlıq ili” çərçivəsində “Mütərəqqi idman siyasəti” mövzusunda tədbir keçirilib.

Öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Azərbaycan idmanının, xüsusilə də güləşin son illərdə qazandığı möhtəşəm nailiyyətlər ölkəmizin beynəlxalq nüfuzunun artmasının bariz göstəricisidir. Prezident İlham Əliyevin idmana göstərdiyi yüksək diqqət və qayğı nəticəsində Azərbaycan güləşi dünya miqyasında lider mövqelərdən birini tutur. G.Bayramov vurğulayıb ki, Avropa çempionatında əldə olunan komanda birinciliyi həm idmançılarımızın peşəkarlığının, həm də dövlətin idman siyasətinin uğurlu nəticəsidir.

Sonra Alıuşağı ərazi partiya təşkilatının sədri Musa Əsədov, fəal partiya üzvləri İlahə Kərimova və Pərvin Ələkbərova çıxış edərək bildiriblər ki, Azərbaycan güləşçilərinin qazandığı qələbələr xalqımızda böyük qürur hissi yaradır. Qeyd ediblər ki, bu uğurlar gənc nəslin idmana marağının artırılmasına, sağlam həyat tərzinin təbliğinə və vətənpərvərlik ruhunun gücləndirilməsinə mühüm töhfə verir. Çıxışlarda eyni zamanda vurğulanıb ki, ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət nəticəsində Azərbaycan idmançıları bundan sonra da beynəlxalq arenalarda yüksək nailiyyətlər əldə edəcəklər.

Digər xəbərlər