PDF Oxu

Siyasət

  • 1 307

“Həmin qətnamələr real faktlara deyil, daha çox siyasi mövqelərə əsaslanır” -DEPUTAT DANIŞDI

image

“Müasir beynəlxalq münasibətlər sistemində siyasi institutların qəbul etdiyi qərarların obyektivliyi və hüquqi əsaslara söykənməsi xüsusi əhəmiyyət daşıyır”.Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.Onun sözlərinə görə, bu kontekstdə Avropa Parlamenti tərəfindən Azərbaycanla bağlı qəbul edilən son qətnamələr ölkə daxilində geniş ictimai müzakirələrə və narazılığa səbəb olmuşdur:” Qeyd etmək lazımdır ki, bu cür yanaşma ilk hal deyil və əvvəlki dövrlərdə də oxşar məzmunlu sənədlərin qəbul edilməsi müşahidə olunmuşdur.Təhlil göstərir ki, həmin qətnamələr real faktlara deyil, daha çox siyasi mövqelərə və subyektiv yanaşmalara əsaslanır.

Xüsusilə regionda baş verən hadisələrin birtərəfli interpretasiyası, eləcə də Azərbaycanın qeyri-obyektiv şəkildə təqdim edilməsi bu sənədlərin elmi və hüquqi əsaslılığı ilə bağlı ciddi suallar doğurur. Bununla yanaşı, bəzi hallarda hərbi cinayətlərdə adı hallanan şəxslərə münasibətdə nümayiş etdirilən selektiv yanaşma beynəlxalq hüququn prinsipləri ilə ziddiyyət təşkil edir.Aprel ayında qəbul olunan sənədlər və paralel olaraq Avropa İttifaqı Şurasının Ermənistanla bağlı addımları göstərir ki, bəzi Avropa institutları Cənubi Qafqaz regionuna münasibətdə balanslı və neytral mövqe sərgiləməkdə çətinlik çəkir. Bu isə regiondakı geosiyasi proseslərin qiymətləndirilməsində siyasi motivlərin təsirini ön plana çıxarır.Digər tərəfdən, Azərbaycan regionda sabitliyin təmin olunması və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm aktorlardan biri kimi çıxış edir. Xüsusilə enerji əməkdaşlığı sahəsində Avropa üçün etibarlı tərəfdaş olan Azərbaycanın bu cür yanaşmalarla qarşılaşması mövcud münasibətlər sistemində müəyyən ziddiyyətlərin olduğunu göstərir.Tarixi kontekstdə yanaşdıqda, Azərbaycanın uzun illər işğal altında qalmış əraziləri ilə bağlı beynəlxalq institutların yetərli reaksiya verməməsi və hazırkı mövqelərlə müqayisədə fərqli yanaşma sərgiləməsi də diqqət çəkən məqamlardandır. Bu, beynəlxalq münasibətlərdə ikili standartlar məsələsini yenidən aktuallaşdırır.Qəbul edilən qətnamələrin beynəlxalq hüququn prinsiplərinə uyğunluğu, faktlara əsaslanma dərəcəsi və obyektivlik səviyyəsi elmi və siyasi müstəvidə müzakirə olunmalıdır. Siyasi institutlardan gözlənti ondan ibarətdir ki, onlar emosional və selektiv yanaşmalardan uzaq duraraq, qərarlarını obyektiv faktlar və hüquqi normalar əsasında formalaşdırsınlar.Belə bir yanaşma yalnız regionda dayanıqlı sülhün və əməkdaşlığın təmin olunmasına deyil, həm də beynəlxalq institutların nüfuzunun qorunmasına xidmət edər”.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər