PDF Oxu

Siyasət

  • 1 445

Naxçıvanda “Zəngəzur yolu: tarixin izi ilə” mövzusunda konfrans keçirilir

image

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Naxçıvanda “Zəngəzur yolu: tarixin izi ilə” mövzusunda konfrans keçirilir.SİA xəbər verir ki, tədbirdən öncə Ümummilli Liderin abidəsi ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb, konfrans iştirakçıları Heydər Əliyev Muzeyində Ulu Öndərin həyat və fəaliyyətinə aid fotoşəkillər və eksponatlarla tanış olublar.Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlılar yaşayan müxtəlif bölgələrindən olan, həmçinin ölkəmizdə fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyətinin iştirak etdiyi konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Zəfər tariximizə həsr olunmuş videoçarx nümayiş olunub.Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dözümlülük, multikulturalizm və müxtəlif etnik qrupların vəhdət şəklində birgəyaşayış prinsipləri Azərbaycan dövlət siyasətinin prioritetlərini təşkil edir. Bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələri əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində yaşayırlar.Konfransın əhəmiyyətinə toxunan Ceyhun Cəlilov qeyd edib ki, Azərbaycan artıq qlobal proseslərin mühüm strateji mərkəzinə çevrilib. Xüsusilə, ötən ilin avqustunda keçirilən Vaşinqton sammitində əldə olunan tarixi razılıq regionda onilliklərlə davam edən münaqişəyə son qoymaqla Cənubi Qafqazın geosiyasi mənzərəsini köklü şəkildə dəyişib və bölgənin gələcək inkişafı üçün yeni perspektivlər açıb.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, qədim tarixə və zəngin mənəvi irsə malik olan Naxçıvan torpağı Azərbaycanın müstəqillik mübarizəsinin və dövlətçilik ənənələrinin mühüm mərkəzlərindən biridir. Azərbaycanın üçrəngli bayrağının 70 ildən sonra ilk dəfə məhz burada dalğalanması ilə başlayan və Ulu Öndər Heydər Əliyev tərəfindən aparılan mübarizə yolu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə tamamlanıb. Ramin Məmmədov vurğulayıb ki, yeni geosiyasi reallıqlar fonunda Zəngəzur yolu yalnız nəqliyyat layihəsi deyil, həm də xalqlar arasında mənəvi və ideoloji inteqrasiyanı təmin edən unikal bir xəritədir. O, qloballaşma şəraitində milli-mənəvi kimliyin qorunmasının ideoloji təhlükəsizlik məsələsinə çevrildiyini bildirərək, radikalizmə qarşı maarifləndirmənin və sağlam dini mühitin təşviqinin zəruriliyini diqqətə çatdırıb. Dövlət Komitəsinin sədri qeyd edib ki, Türkiyə və Gürcüstandan olan din xadimlərinin bu tədbirdə iştirakı regionda qarşılıqlı etimadın gücləndirilməsinə və ortaq dəyərlərin qorunmasına xidmət edən mühüm addım kimi dəyərləndirilə bilər.Tədbir “Ortaq dəyərlərimiz və dini həmrəylik: keçmişdən bu günə” və “Mənəvi dəyərlərimizin qorunmasında yeni çağırışlar” mövzularında müzakirələrlə davam edəcək.
Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər