Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Serbiyanın Zrenyanın şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Emin Əliyev və məşqçisi Alı Ağayevi qəbul edib.
Emin Əliyevə Dövlət Bayrağımızı dünya idman arenalarında ucaltdığına, Himnimizi səslənməsi və ölkəmizi layiqincə təmsil etdiyinə gərə təşəkkürünü bildirən icra başçısı, həmçinin ölkəmizdə gənc nəslin sağlam ruhda böyüməsi üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlərdən danışıb, idmanın inkişafı, eləcə idmançılara olan qayğının ən yüksək səviyyədə olduğunu deyib, peşəkar idmançıların yetişməsindən ötrü bütün şəraitin yaradıldığını, onların tam qayğı ilə əhatə olduğunu vurğulayıb.
Avropa çempionu Elmin Əliyev, məşqçisi Ali Ağayev də öz növbəsində idmançılar üçün olan səviyyəli şəraitə və onların fəaliyyətinə verilən qiymətə görə dövlət başçısına, Birinci vitse-prezidentə minnətdarlıq ediblər.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü