Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Astara Pedaqoji Kollecində dama yarışı keçirilib.
Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edilməsi ilə başlanan tədbiri kollecin direktoru, professor Kamran Kazımov açaraq bildirib ki, müstəqil Azərbaycanın qurucusu və xilaskarı Heydər Əliyev nadir zəka sahibi olaraq ölkəmizi hərtərəfli inkişaf yoluna salmaqla onu bütün dünyaya tanıtdırıb. Məhz buna görə də dahi şəxsiyyətin yaratdığı Azərbaycanın müstəqilliyi möhtəşəmdir, daimidir. Onun siyası kursunu möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam etdirir, nəticədə respublikamızın dinamik inkişafı xalqı daha da xoş gələcəyə aparır.
Direktor, həmçinin təşkil olunan dama yarışına toxunaraq bildirib ki, respublikamızda idmanın yüksək səviyyə qalxmasında Ulu Öndərin əməyi misilsizdir. Məncə, bugünkü idman tədbir də yadda qalan olacaq.
Daha sonra yarışa start verilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunlarda iştirakçılar yüksək hazırlıq səviyyəsi göstəriblər. Yarışdan qalıb çıxanlar rəhbərlik tərəfindən təltif olunublar.
Məlumat üçün qeyd edək ki, yarışın təşkilində əsas məqsəd tələbələr arasında intellektual oyunlara marağın artırılması, məntiqi düşüncə və strateji bacarıqların inkişafına dəstək vermək olub.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü