Ölkəmizdə keçirilən idman yarışları idmanın inkişafında və müxtəlif idman növlərinin geniş kütlələr arasında tanınmasında mühüm rol oynayır. Bu cür yarışlar həm peşəkar idmançıların yetişməsinə, həm də gənclərin idmana olan marağının artmasına ciddi təsir göstərir. İdman yarışlarının sosial əhəmiyyəti də böyükdür. Bu tədbirlər insanları bir araya gətirir, milli ruhu gücləndirir və komanda hissini formalaşdırır. İnsanlar öz idmançılarına dəstək olmaq üçün birləşir və bu da cəmiyyətdə həmrəyliyi artırır. Xüsusilə beynəlxalq səviyyəli turnirlərdə əldə olunan uğurlar cəmiyyətdə böyük ruh yüksəkliyi yaradır və idmana olan diqqəti daha da artırır.
Digər tərəfdən, ölkəmizdə keçirilən yerli və beynəlxalq idman yarışları insanların gündəlik həyatında idmanın yerini möhkəmləndirir. Bu yarışlar vasitəsilə həm az tanınan idman növləri tanıdılır, həm də mövcud sahələrə maraq artır. İdman infrastrukturu inkişaf edir, yeni idman zalları və komplekslər istifadəyə verilir ki, bu da hər kəs üçün əlçatan şərait yaradır.
Dövlət başçısı İlham Əliyev tərəfindən Avropa çempionatında uğur qazanan güləşçilərimizin qəbul edilməsi Azərbaycanda idmana göstərilən diqqət və qayğının aydın göstəricisidir. Bu cür görüşlər idmançıların zəhmətinə verilən dəyəri əks etdirməklə yanaşı, gənclərə də böyük stimul verir.
Tirana şəhərində təşkil olunan Avropa çempionatında Azərbaycan yığmasının növbəti dəfə komanda hesabında zirvəyə yüksəlməsi ölkəmizin güləş sahəsində qazandığı davamlı uğurların nəticəsidir. Bu nailiyyət bir daha sübut edir ki, milli komandamız Avropanın ən güclü kollektivləri sırasında öz mövqeyini möhkəmləndirib və bu üstünlüyünü qoruyub saxlayır.
Cənab Prezident İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğı bu uğurların əsas səbəblərindən biridir. Dövlət başçısı uzun illər ərzində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik etmiş və bu sahənin inkişafında mühüm rol oynamışdır. Onun rəhbərliyi dövründə idman infrastrukturu genişləndirilmiş, yeni idman kompleksləri tikilmiş və gənclərin idmana cəlb olunması üçün geniş imkanlar yaradılmışdır. Bu gün Azərbaycanda idmanın inkişafı sistemli və davamlı xarakter daşıyır.
İdman artıq sadəcə fiziki aktivlik deyil, həm də milli qürur və vətənpərvərlik rəmzinə çevrilir. Ölkəmizdə keçirilən idman yarışları yalnız yarış xarakteri daşımır, eyni zamanda idmanın təbliği və inkişafı üçün güclü vasitə rolunu oynayır. İdman tədbirlərinin müntəzəm keçirilməsi və dövlət dəstəyi bir “zəncirvari reaksiya” yaradır: yarışlar marağı artırır, maraq kütləviliyə səbəb olur, kütləvilik isə yeni çempionların yetişməsini təmin edir.
İlkin Bağırov
YAP Babək rayon təşkilatının əməkdaşı