Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatı və Yardımlı rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü”nə həsr olunmuş Uşaq Gənclər İdman Şahmat məktəbinin şahmatçıları arasında rayon turniri keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri Anar Alışov bildirib ki, müstəqil Azərbaycanın qurucusu olan Ümummilli Lider Heydər Əliyev Respublikamıza rəhbərlik etdiyi dövrdə ölkəmizdə bütün sahələrin inkişafı ilə yanaşı idmanın da inkişafına böyük diqqət göstərmişdir. Bu gün ölkəmizin bütün rayonlarında eləcə də rayonumuzda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirlər həyata keçirilir. Biz bu gün gənclərimizə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini dərindən çatdırmalıyıq.
Yardımlı rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Rauf Mirzəyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan şahmatının inkişafındakı tarixi xidmətlərindən geniş bəhs etmişdir. Rauf Mirzəyev çıxışının sonunda qalib idmançıları təbrik etmiş və onlara gələcək yarışlarda uğurlar arzulamışdır.
Tədbirin sonunda turnirdə qalib olan şahmatçılar Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatı tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.