PDF Oxu

Siyasət

  • 723

YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatında yığıncaq keçirilib - FOTO

image

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının Sabunçu qəsəbəsi, “Həmid Araslı küçəsi 9” (215 nömrəli tam orta məktəb) ünvanı üzrə ərazi ilk partiya təşkilatında yığıncaq keçirilib.

Yığıncağı giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev ideologiyasının tərənnümü və tarixi reallığı əsasında yaranan Yeni Azərbaycan Partiyası bu gün də öz uğur və tərəqqi sözünü deməkdədir. Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır.

215 nömrəli tam orta məktəbin direktoru Nailə Sadıqova vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsinin mövcud olduğu bir şəraitdə Yeni Azərbaycan Partiyasının yaradılması dövlətçilik tariximizin dönüş nöqtələrindən oldu. Bu gün Ümummilli Liderimizin layiqli davamçısı olan Prezident, YAP-ın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin şərəfli Zəfər tarixinin yeni parlaq səhifələri yazılır.

Daha sonra təşkilati məsələlərə baxılıb. Təşkilatın sədrliyinə Nailə Sadıqovanın, sədr müavinliyinə isə Nigar Əliyevanın namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində yekdilliklə ərazi partiya təşkilatının sədri Nailə Sadıqova Qədir qızı, sədr müavini isə Nigar Əliyeva Oqtay qızı seçiliblər.

Ərazi partiya təşkilatının seçilmiş yeni sədr və sədr müavini göstərilən etimada görə minnətdarlıqlarını ifadə ediblər.

Digər xəbərlər