"Sosial İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyilə “Mədəni davranış – Mədəni cəmiyyət”adlı layihəsi çərçivəsində Azərbaycan Dillər Universiteti və Cumqayıt Gənclər Evinində dəyirmi masa ətrafında tədbirlər həyata keçirmişdir. QHT sədri Rahilə Mehdiyeva məlumat verərək bildirdi ki, Azərbaycan Dillər Universitetində və Sumqayıt şəhərində əsasən gənclərin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə mövzu ilə bağlı videoçarx nümayiş etdirildi. Təqdim olunan maariflənirici videçarxda əsasən gənclərimizin milli dəyərlərimizin qounmasında, mədəni davranış,təhsilin inkişafında və digər sahələri əks etdirirdi. Tədbirdə çıxış edən layihə təlimçi eksperti Təhsildə Xarici Dillər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həqiqət Hacıyeva və Psixologiya və Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent İnarə Məmmədli mədəni davranışın cəmiyyətdə sağlam və harmonik münasibətlərin formalaşmasında mühüm rolunu vurğulayıblar. Həmçinin tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimləri – layihə eksperti Təranə Quliyeva, təlimçilər Könül Qafarbəyli, Sevinc Əliyeva və Ayparə Məmmədova, həmçinin ADU-nun professoru Əsgər Zeynalov, baş müəllim Ruhlanə Bağırova, dosent Vidadi Bəşirov, müəllim Siddiqə Bəylərova və Təhsil fakültəsinin dekan müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Səbinə Rüstəmova mövzu ətrafında fikir və təcrübələrini bölüşüblər. Tədbirin sonunda rektor məsləhətçisi Anar Osmanlı bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd edib, iştirakçılara sertifikatlar təqdim olunub. Sumqayıt Gənclər Evində Sumqayıt Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin tələbələri, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbir maraqlı müzakirələrlə keçirildi. Layihənin ekspert təlimçiləri tərəfindən gənclərin müasir dövrdə ailə və cəmiyyət mühitində mədəni davranışla bağlı geniş çıxış etdi.Nümayiş olunan videoçarx ətrafında iştirakçılar tərəfindən mütəıif təklif sullarlar verildi. Tədbirin sonunda fəallıq göstərən iştirakçılara setifikatlar təqdim olundu. Daha sonar layihə rəhbəri tədbilərin keçirilməsində göstərdiyi maliyyə dəstəyinə Mədəniyyət nazirliyinə öz təşəkkürünü bildirdi.