PDF Oxu

Siyasət

  • 915

Azərbaycana fəda edilmiş şərəfli ömür -FOTOLAR

image

05 may 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Düzqışlaq kənd” və “Xılxına kənd” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov bildirib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı.

Daha sonra çıxış edən natiqlər – partiya fəalı Alı Mehdiyev, Düzqışlaq kənd tam orta ümumtəhsil məktəbin müəllimi Aidə Sanıyeva və “Düzqışlaq kənd” Ərazi Partiya Təşkilatının sədr müavini Akif Kazımov geniş məruzə ilə çıxış edərək qeyd ediblər ki, Ulu Öndər hakimiyyəti dövründə ölkəmizi geridə qalmış respublikadan çiçəklənən bir diyara çevirmişdi. Ulu öndər Heydər Əliyevin təkcə sovet hakimiyyəti illərindəki fəaliyyəti böyük dövlət idarəçiliyi akademiyasıdır. Ulu Öndər Heydər Əliyev tarixi prosesə təsir göstərməyə qadir şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz işlər görmüşdür. Bilidirilib ki, ölkəmiz Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır.

Digər xəbərlər