PDF Oxu

Siyasət

  • 868

Samux rayonunda şahmat turniri keçirilib - FOTOLAR

image

Samux rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü ilə əlaqədar YAP Samux rayon təşkilatı tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq keçirilən silsilə tədbirlər davam etdirilir.

Mayın 5-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə YAP Samux rayon təşkilatının, Samux rayonu üzrə Uşaq-Gənclər İdman Şahmat məktəbinin və Samux rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin 8,10,12 və 14 yaş qrupunda olan məktəbliləri arasında şahmat turniri keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində misilsiz xidmətlər göstərib. Qeyd olunub ki, bu gün ölkəmizdə keçirilən belə tədbirlər Ulu Öndərin zəngin irsinin təbliği, gənclərin intellektual inkişafının dəstəklənməsi və onların asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır.

Sonra çıxış edən Uşaq-Gənclər Şahmat məktəbinin direktoru Faiq Aslanov, Samux rayonu üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi Asim Abbasov qeyd ediblər ki, şahmat oyunu məktəblilərin məntiqi düşüncə qabiliyyətinin inkişafında, onların diqqət və yaddaşının güclənməsində xüsusi rol oynayır. Bildirilib ki, belə turnirlərin keçirilməsi gənclər arasında sağlam rəqabət mühitinin formalaşmasına və onların gələcək uğurlarına stimul verir.

Çıxışlarda vurğulanıb ki, Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılıb.

Daha sonra turnirdə iştirak edən şagirdlərə uğurlar arzulanıb.

Qeyd edək ki,şahmat turnirində qalib gələn şagirdlərə diplom və qiymətli hədiyyələrin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş ümumrayon tədbirində təqdim edilməsi nəzərdə tutulub.

Digər xəbərlər