PDF Oxu

Siyasət

  • 585

Tovuzda şahmat turniri keçirilib - FOTOLAR

image

Tovuz rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər çərçivəsində şahmat üzrə tempo turniri təşkil olunub.

Turnir Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon Təhsil Sektorunun və tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında keçirilib.

Turnirin açılış mərasimində YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz rayon Təhsil Sektorunun müdiri Aysel Quliyeva və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Məleykə Əmirzadə iştirak ediblər.

Əvvəlcə Ümummilli Liderin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər yarış iştirakçılarını salamlayaraq müasir, müstəqil və demokratik Azərbaycan dövlətinin qurulmasında Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs ediblər. Bildirilib ki, ölkəmizin bu gün əldə etdiyi uğurlar Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsidir. Vurğulanıb ki, həmin siyasi kurs ölkədə sabitliyin möhkəmlənməsinə, sosial-iqtisadi tərəqqinin təmin olunmasına və idman sahəsində mühüm nailiyyətlərin qazanılmasına geniş imkanlar yaradıb.

Qeyd olunub ki, Heydər Əliyevin rəhbərliyi dövründə şahmatın inkişafına xüsusi diqqət yetirilib, ölkənin müxtəlif bölgələrində şahmat məktəbləri yaradılıb, gənc istedadların üzə çıxarılması və onların beynəlxalq arenada uğurla çıxış etməsi üçün mühüm addımlar atılıb. Bu siyasətin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

Çıxışlarda turnirin keçirilməsinin məqsəd və əhəmiyyəti də qeyd olunaraq iştirakçılara uğurlar arzulanıb.

Yarışda II qrup üzrə ümumilikdə 72 uşaq və yeniyetmə mübarizə aparıb. Turnirin yekununda qaliblər təşkilatçılar tərəfindən kubok, diplom və medallarla təltif olunublar.

Sonda xatirə şəkli çəkdirilib.

Digər xəbərlər