Lerik rayonunda Şakir Babayev və Avdil Ramazanov əsl vətəndaş, həqiqi ziyalı və layiqlı vətənpərvər kimi yaxşı nüfuz qazanıblar. Nəcib həyat amalı, xeyirxah məqsədləri xalqın, dövlətin mənafeyinə yönələn bu dəyərli insanlar uzun illər gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olublar. Ulu öndər Heydər Əliyevin ” Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” müdrik kəlamını öz fəaliyyətində daim rəhbər tutan Şakir və Avdil müəllimin işgüzarlığı, zəngin həyat təcrübəsi, saf əxlaqi keyfiyyətləri əsl nümunə məktəbidir.
Ağsaqqal ziyalılar üzvi olduqları Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının həyatında da yüksək bacarığı hesabına ölkəmiz, xalqımız üçün mühüm əhəmiyyət kəsb edən işlərin görülməsində olduqca fəaldırlar.
Bu günlər Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının qərargahında uzun illər müəllim kimi fəaliyyət göstərmiş, insanlar arasında tanınan, gördükləri nəcib işlərdən ilham alan, partiyanın ən seçilmişlərindən olan ziyalılar Şakir Babayevin 70 illik, Avdıl Ramazanovun 65 illik yubileyləri qeyd olunub.
Mənalı və səmimi tədbirdə Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev yubilyarları səmimi qəlbdən təbrik edərək bildirib ki, Sizin uzun illər ərzində göstərdikləri fədakar fəaliyyətiniz, qazandığınız nüfuz və yetişdirdiyiniz gənc nəsil cəmiyyətimiz üçün böyük töhfədir.
Həmçinin çıxışlarda yubilyarların həyat və fəaliyyət yoluna nəzər salınıb, onların təhsil sahəsindəki xidmətləri xüsusi vurğulanıb
Sonda yubilyarlara rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştiraklarına görə Fəxri Fərman və xatirə hədiyyələri təqdim olunun.
Yubilyarlar isə göstərilən diqqət və qayğıya görə dərin təşəkkür ediblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü