PDF Oxu

Siyasət

  • 437

Yaşıllıq aksiyası - FOTO

image

Cənub qapımız Astarada dahi şəxsiyyət , Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir. Növbəti ağac əkmə aksiyası və ağaclara aqrotexniki qulluq tədbiri də Ulu Öndərin adı ilə bağlı idi.
Belə ki, “Şəhərsalma və memarlıq ili” çərçivəsində Astara Rayon İcra Hakimiyyətinin dəstəyi və Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının təşkilatçılığı sayəsində baş tutan və çoxlu sayda rayon sakininin qatıldığı aksiyada ətraf mühitin qorunması, yaşıllıqların artırılması, ekoloji tarazlığın təmin olunması məqsədilə Astara şəhəri H. Əliyev prospektində yeni ağac tingləri əkilib, eləcə mövcud ağaclara aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik işləri görülüb.
Söhbət əsasında YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov bildirib ki, xalqımızın dünya səviyyəli dahi oğlu Heydər Əliyevin əbədiyaşar irsinin təbliği, eyni zamanda gələcək nəsillərə sağlam və yaşıl mühitin ötürülməsi baxımından bu cür təşəbbüslər xüsusi əhəmiyyət daşıyır.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər