PDF Oxu

Siyasət

  • 849

Tarixin, liderliyin və xilaskarlığın Heydər Əliyev zirvəsi - FOTO

image

Dağlar diyarı Lerikdə Ümummilli Liderimiz Heydər Əliyevin 103 illiyi təntənə ilə qeyd edilir. Rayonun idarə və təşkilatlarda, ictimai qurumlarda, təhsil, mədəniyyət ocaqlarında vaxtaşırı keçirilən tədbirlər sakinlər tərəfindən böyük maraqla qarşılanır. Növbəti belə tədbir Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatı və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı sayəsində baş tutdu.
“Tarixin, liderliyin və xilaskarlığın Heydər Əliyev zirvəsi” adlanan tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən torpaqlarının azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev tədbiri açaraq dedi:- Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı kimi tarixdə silinməz iz qoymuş, ölkəmizin müstəqilliyini qoruyaraq onu möhkəm təməllər üzərində inkişaf yoluna çıxarmışdır. Ulu Öndərin uzaqgörən siyasəti, milli maraqlara söykənən strateji qərarları və xalqına bağlılığı bu gün də hər bir azərbaycanlı üçün örnəkdir. Məhz Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs nəticəsində Azərbaycan sabitlik və inkişaf mərhələsinə qədəm qoymuş, beynəlxalq arenada öz layiqli yerini tutmuşdur. Bu siyasət bu gün də onun layiqli varisi Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin daha da güclənməsinə, yeni nailiyyətlər qazanmasına zəmin yaradır.
“Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan çətin və mürəkkəb dövrlərdən uğurla çıxaraq sabitlik və inkişaf yoluna qədəm qoymuşdur. Ulu öndərin müəyyən etdiyi strateji kurs nəticəsində Azərbaycan beynəlxalq arenada öz mövqeyini möhkəmləndirmiş, sosial-iqtisadi sahədə böyük nailiyyətlər əldə etmişdir.” Bu fikirlər isə edən Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədovanın tədbirdə çıxışından götürülüb.

Tədbirdə çıxış edən digər natiqlər - Əməkdar həkim Etibar Həşimov, şəhid Arif Nuriyev adına Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyinin direktoru, Əməkdar müəllim, 2 saylı Ərazi Partiya Təşkilatının sədri Gültəkin Şıxəliyeva, şəhid ataları Rəbbil Heydərov, Hüseynverdi Rəhmətov və Mükafat Yaqubov Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışdılar, Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyimizin qorunması və xalqın rifahı naminə həyata keçirdiyi əvəzsiz xidmətlərdən bildirdilər.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəallığı göstərən bir sıra şəxslər fəxri fərmanlarla təltif olundular.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər